https://sputnik.az/20221208/dc-2022-hakim-teyinati-sayi-rekord-hedde-catdirilib-449406373.html
DÇ-2022: Hakim təyinatı sayı rekord həddə çatdırılıb
DÇ-2022: Hakim təyinatı sayı rekord həddə çatdırılıb
Sputnik Azərbaycan
Turnirdə 8 komanda qaldığından, FIFA Hakimlər Komitəsi referilərin sayını da azaldıb. 16 baş, 30 köməkçi hakim və 5 VAR köməkçisi dünya çempionatındakı işini... 08.12.2022, Sputnik Azərbaycan
2022-12-08T17:20+0400
2022-12-08T17:20+0400
2022-12-08T18:17+0400
hakim
idman
qətər
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425774713_0:0:1665:938_1920x0_80_0_0_ced949999f206cd141e3f8d362af88a6.jpg
BAKI, 8 dekabr — Sputnik. Qətərdə keçirilən futbol üzrə dünya çempionatının bir oyununa təyin olunan hakim sayı rekord həddə çatdırılıb. Turnirin 1/4 final mərhələsindən etibarən hər matçın hakimlər briqadasında 11 nəfər yer alacaq.Bu, mundiallar tarixinin yeni rekordudur. DÇ-2022-nin qrup və 1/8 final oyunlarında 10 referi iş başında olub. Növbəti raunddan ehtiyat VAR köməkçisi də hakimlər briqadasına əlavə olunacaq.Turnirdə 8 komanda qaldığından FIFA Hakimlər Komitəsi referilərin sayını da azaldıb. 16 baş, 30 köməkçi hakim və 5 VAR köməkçisi dünya çempionatındakı işini yekunlaşdırıb.Mundialın 1/4 final mərhələsinin ilk iki matçının hakim təyinatları da müəyyənləşib. Dekabrın 9-da keçiriləcək Xorvatiya – Braziliya görüşünü ingiltərəli Maykl Oliver, Niderland – Argentina qarşılaşmasını isə ispaniyalı Antonio Mateu Lahoz idarə edəcək.Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatı təkcə nəticələrinə görə deyil, həm də dünya tarixinin ən bahalı idman hadisəsi kimi tarixə düşəcək. Belə ki, Dünya Çempionatının təşkilatçıları onun keçirilməsinə inanılmaz məbləğdə vəsait - 200 milyard dollar xərcləyiblər. Bu, son yeddi Dünya Çempionatının təşkilinə ümumilikdə xərclənən məbləğdən daha çox böyük məbləğdir. Belə ki, ABŞ (1994), Fransa (1998), Cənubi Koreya (2002), Almaniya (2006), Cənubi Afrika (2010), Braziliya (2014) və Rusiyada (2018) keçirilən Dünya Çempionatına ümumilikdə 44,3 milyard dollar xərclənib.Futbol üzrə Dünya Çempionatına ev sahibliyi etmək üçün çəkilən xərclər üzrə əvvəlki rekord - 15 milyard dollara başa gələn mundial Braziliyaya məxsus olub. 2018-ci ildə Rusiyada əvvəlki Dünya Çempionatının təşkili isə 11,6 milyard dollar qiymətləndirilir.Üstəlik, Qətər Futbol üzrə Dünya Çempionatının büdcəsi nəinki əvvəlki bütün dünya futbol forumlarını, həm də Yay Olimpiya Oyunlarını da üstələyib. Görünür, yaxın gələcəkdə Ayda mundial təşkil olunmadığı halda, Qətərin "nailiyyətini" çətin ki, kimsə üstələyə bilsin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425774713_185:0:1665:1110_1920x0_80_0_0_542569aacff71261d1cd9ec90a3f1e9a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hakim, qətər
DÇ-2022: Hakim təyinatı sayı rekord həddə çatdırılıb
17:20 08.12.2022 (Yenilənib: 18:17 08.12.2022) Turnirdə 8 komanda qaldığından, FIFA Hakimlər Komitəsi referilərin sayını da azaldıb. 16 baş, 30 köməkçi hakim və 5 VAR köməkçisi dünya çempionatındakı işini yekunlaşdırıb.
BAKI, 8 dekabr — Sputnik. Qətərdə keçirilən futbol üzrə dünya çempionatının bir oyununa təyin olunan hakim sayı rekord həddə çatdırılıb. Turnirin 1/4 final mərhələsindən etibarən hər matçın hakimlər briqadasında 11 nəfər yer alacaq.
Bu, mundiallar tarixinin yeni rekordudur. DÇ-2022-nin qrup və 1/8 final oyunlarında 10 referi iş başında olub. Növbəti raunddan ehtiyat VAR köməkçisi də hakimlər briqadasına əlavə olunacaq.
Turnirdə 8 komanda qaldığından FIFA Hakimlər Komitəsi referilərin sayını da azaldıb. 16 baş, 30 köməkçi hakim və 5 VAR köməkçisi dünya çempionatındakı işini yekunlaşdırıb.
Mundialın 1/4 final mərhələsinin ilk iki matçının hakim təyinatları da müəyyənləşib. Dekabrın 9-da keçiriləcək Xorvatiya – Braziliya görüşünü ingiltərəli Maykl Oliver, Niderland – Argentina qarşılaşmasını isə ispaniyalı Antonio Mateu Lahoz idarə edəcək.
Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatı təkcə nəticələrinə görə deyil, həm də dünya tarixinin ən bahalı idman hadisəsi kimi tarixə düşəcək. Belə ki, Dünya Çempionatının təşkilatçıları onun keçirilməsinə inanılmaz məbləğdə vəsait - 200 milyard dollar xərcləyiblər. Bu, son yeddi Dünya Çempionatının təşkilinə ümumilikdə xərclənən məbləğdən daha çox böyük məbləğdir. Belə ki, ABŞ (1994), Fransa (1998), Cənubi Koreya (2002), Almaniya (2006), Cənubi Afrika (2010), Braziliya (2014) və Rusiyada (2018) keçirilən Dünya Çempionatına ümumilikdə 44,3 milyard dollar xərclənib.
Futbol üzrə Dünya Çempionatına ev sahibliyi etmək üçün çəkilən xərclər üzrə əvvəlki rekord - 15 milyard dollara başa gələn mundial Braziliyaya məxsus olub. 2018-ci ildə Rusiyada əvvəlki Dünya Çempionatının təşkili isə 11,6 milyard dollar qiymətləndirilir.
Üstəlik, Qətər Futbol üzrə Dünya Çempionatının büdcəsi nəinki əvvəlki bütün dünya futbol forumlarını, həm də Yay Olimpiya Oyunlarını da üstələyib. Görünür, yaxın gələcəkdə Ayda mundial təşkil olunmadığı halda, Qətərin "nailiyyətini" çətin ki, kimsə üstələyə bilsin.