Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında irəliləyib

© Sputnik / Murad OrujovQurban Qurbanov
Qurban Qurbanov - Sputnik Azərbaycan, 1920, 03.12.2022
Abunə olmaq
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf və "Qarabağ"ın məşqçisi Qurban Qurbanov siyahısının ilk yarısında qərarlaşıb.
BAKI, 3 dekabr — Sputnik. Dünyanın ən yaxşı baş məşqçilərinin dekabr üçün ilk reytinq cədvəli açıqlanıb.
Cədvəldə fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.
Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf və "Qarabağ"ın məşqçisi Qurban Qurbanov siyahısının ilk yarısında qərarlaşıb.
Siyahıda yeganə azərbaycanlı olan Qurbanov bir pillə irəliləyib. 50 yaşlı mütəxəssis 1595 xalla 209-cudur.
"Neftçi"nin rumıniyalı çalışdırıcısının mövqeyi dəyişməyib. Regekampf 1627 xalla 177-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo üçüncüdür – 2063 xal.
***
Xatırladaq ki, Misli Premyer Liqasında XVI tura start verilib. Turun ilk günündə bir oyun baş tutub.
Ölkənin iki ən titullu klubu Azərbaycan derbisində üz-üzə gəlib. "Neftçi" "Qarabağ"ı "Bakcell Arena"da qəbul edib.
Meydan sahibləri məğlubiyyətsiz irəliləyən ağdamlıların 35 matçlıq seriyasını qıra bilməyib. Ardıcıl 2 heç-heçə edən Qurban Qurbanovun yetirmələri əzəli rəqibini darmadağın edib – 4:0. Ramil Şeydayev qol vurmaqla çempionatın vahid bombardirinə çevrilib. Tura dekabrın 4-də yekun vurulacaq.
Xəbər lenti
0