https://sputnik.az/20221203/gencler-ve-idman-naziri-yeniden-federasiya-prezidenti-secilib-449252704.html
Azərbaycanın ən ekstravaqant naziri yenidən federasiya prezidenti seçilib
Azərbaycanın ən ekstravaqant naziri yenidən federasiya prezidenti seçilib
Sputnik Azərbaycan
Fərid Qayıbov 2018-ci ildən Avropa Gimnastikasının prezidenti vəzifəsini icra edir. 03.12.2022, Sputnik Azərbaycan
2022-12-03T15:54+0400
2022-12-03T15:54+0400
2022-12-03T16:30+0400
idman
fərid qayıbov
gənclər və idman nazirliyi
https://cdnn1.img.sputnik.az/img/41014/07/410140731_0:77:2001:1202_1920x0_80_0_0_d410193b84004b54d84aff8874f06049.jpg
BAKI, 3 dekabr - Sputnik. Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastikasının 29-cu Konqresində səs çoxluğu ilə yenidən həmin qurumun prezidenti seçilib.Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Qeyd edək ki, Fərid Qayıbov 2018-ci ildən Avropa Gimnastikasının prezidenti vəzifəsini icra edir.Fərid Qayıbov bu günlərdə işə piyada getməsi ilə gündəm olub. O, piyada işə gedərkən çəkdiyi videoda bildirib ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin çağırışına qoşulub və işə piyada gedib.F.Qayıbov hər kəsi bu təşəbbüsə qoşulmağa səsləyib.Xatırladaq ki, ötən il 25 Noyabr - Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə əlaqədər olaraq Azərbaycanda gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyasına start verilmişdi. Zorakılıqla mübarizə məqsədilə sosial şəbəkələrdə onlayn çağırış başladılmışdı. Çağırışa Gənclər və idman naziri Fərid Qayıbov da qoşularaq həmin ərəfədə "Neftçi" komandası ilə "Səbail" arasında baş tutan matçı izləməyə qadınlara qarşı zorakılığa "yox" demək üçün narıncı rəngdə forma ilə qatılmışdı. Onun ekstravaqant hərəkətləri sosial mediada vaxtaşırı müzakirə doğurur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41014/07/410140731_146:0:1853:1280_1920x0_80_0_0_da382410322595cc21ab21749d497ffd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fərid qayıbov, gənclər və idman nazirliyi
fərid qayıbov, gənclər və idman nazirliyi
Azərbaycanın ən ekstravaqant naziri yenidən federasiya prezidenti seçilib
15:54 03.12.2022 (Yenilənib: 16:30 03.12.2022) Fərid Qayıbov 2018-ci ildən Avropa Gimnastikasının prezidenti vəzifəsini icra edir.
BAKI, 3 dekabr - Sputnik. Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastikasının 29-cu Konqresində səs çoxluğu ilə yenidən həmin qurumun prezidenti seçilib.
Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Qeyd edək ki, Fərid Qayıbov 2018-ci ildən Avropa Gimnastikasının prezidenti vəzifəsini icra edir.
Fərid Qayıbov bu günlərdə işə piyada getməsi ilə gündəm olub. O, piyada işə gedərkən çəkdiyi videoda bildirib ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin çağırışına qoşulub və işə piyada gedib.
F.Qayıbov hər kəsi bu təşəbbüsə qoşulmağa səsləyib.
Xatırladaq ki, ötən il 25 Noyabr - Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə əlaqədər olaraq Azərbaycanda gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyasına start verilmişdi. Zorakılıqla mübarizə məqsədilə sosial şəbəkələrdə onlayn çağırış başladılmışdı. Çağırışa Gənclər və idman naziri Fərid Qayıbov da qoşularaq həmin ərəfədə "Neftçi" komandası ilə "Səbail" arasında baş tutan matçı izləməyə qadınlara qarşı zorakılığa "yox" demək üçün narıncı rəngdə forma ilə qatılmışdı. Onun ekstravaqant hərəkətləri sosial mediada vaxtaşırı müzakirə doğurur.