Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" böyük potensiala malik klubdur - Avropa Parlamentinin deputatı

© Sputnik / Murad OrujovQarabağ futbolçuları
Qarabağ futbolçuları - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
"Veçista" komandasının baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanusz Svieradın "köhlən atlar"da təcrübə keçməsinə yardımçı olan Poreba bunun üçün şad olduğunu bildirib
BAKI, 2 dekabr — Sputnik. "Qarabağ" böyük potensiala malik və yaxşı təşkil olunmuş klubdur".
Bunu Avropa Parlamentinin deputatı Tomaş Poreba şəxsi "Twitter" hesabında yazıb.
"Veçista" komandasının baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanusz Svieradın "köhlən atlar"da təcrübə keçməsinə yardımçı olan Poreba bunun üçün şad olduğunu bildirib.
Qeyd edək ki, mütəxəssislər noyabrın sonunda bir həftəlik Bakıya gəliblər. (Report)
Xatırladaq ki, bir müddət öncə “Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının 2022/23 mövsümünün startında ardıcıl 13-cü qələbəsini qazanıb.
Ağdam klubu bunu III turdan təxirə salınan “Turan Tovuz”la səfər matçında rəsmiləşdirib. 2:0 hesabı ilə qalib gələn “Qarabağ” ölkə çempionatlarının 30 illik tarixində ən uzun start qələbəsinin müəllifi olub.
Bunadək rekord “Neftçi”yə məxsus idi. Bakılılar 1992-ci ildəki ilk çempionata 12 qələbə ilə başlasa da, 13-cü oyununda Sumqayıtda “Xəzər”dən üç cavabsız qol buraxıb – 0:3.
Xəbər lenti
0