https://sputnik.az/20221201/fransanin-azerbaycandaki-muveqqeti-isler-vekili-xn-e-cagirilib-449184127.html
Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Sputnik Azərbaycan
Görüşdə qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd olunduğu bildirilib. 01.12.2022, Sputnik Azərbaycan
2022-12-01T21:54+0400
2022-12-01T21:54+0400
2022-12-01T21:55+0400
azərbaycan xəbərləri
xin
azərbaycan xin
fransa
fransa senatının qərarı
fransa senatının qətnaməsi
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300809_0:160:3072:1888_1920x0_80_0_0_bc07fb75329a46e0b92abb16535c4e85.jpg
BAKI, 1 dekabr - Sputnik. Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə çağırılıb və 30 noyabr 2022-ci il tarixində Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə ilə bağlı ona qəti etiraz bildirilib.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.Görüşdə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Milli Assambleyada qəbul edilmiş bu qətnamənin də Fransanın Azərbaycana qarşı növbəti təxribatı olduğu qeyd edilib.Fransanın ölkəmizə qarşı beynəlxalq hüquqa zidd, qərəzli və birtərəfli mövqeyinin əks olunduğu bu qətnamədə əks olunmuş iddiaların hər biri tutarlı şəkildə cavablandırılıb.Fransanın bir sıra digər addımları kimi bu qətnamənin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə zərbə vurmaq cəhdi olduğu diqqətə çatdırılıb.Qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin verdiyi açıqlamaların həmin qətnamənin də arxasında Fransa hökumətinin dayandığını, bu ölkənin ədalətli və bitərəf vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirdiyi vurğulanıb.Görüşdə qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd olunduğu bildirilib və Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsi bir daha təkidlə tələb edilib.Fransanın müvəqqəti işlər vəkili bir müddət öncə Senatda qəbul olunmuş qətnamə kimi, Milli Assambleyada da qəbul olunmuş bu qətnamənin Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini, hökumətin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqları dəstəklədiyini bildirib. O, Azərbaycan tərəfinin mövqeyini aidiyyəti üzrə çatdıracağını əlavə edib.
https://sputnik.az/20221201/xn-azerbaycan-eleyhine-qebul-edilmis-qetnameye-munasibet-bildirib-449151698.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300809_171:0:2902:2048_1920x0_80_0_0_a41f024457513d606a08e05161350930.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, azərbaycan xin, fransa, fransa senatının qərarı, fransa senatının qətnaməsi
xin, azərbaycan xin, fransa, fransa senatının qərarı, fransa senatının qətnaməsi
Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
21:54 01.12.2022 (Yenilənib: 21:55 01.12.2022) Görüşdə qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd olunduğu bildirilib.
BAKI, 1 dekabr - Sputnik. Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə çağırılıb və 30 noyabr 2022-ci il tarixində Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə ilə bağlı ona qəti etiraz bildirilib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Milli Assambleyada qəbul edilmiş bu qətnamənin də Fransanın Azərbaycana qarşı növbəti təxribatı olduğu qeyd edilib.
Fransanın ölkəmizə qarşı beynəlxalq hüquqa zidd, qərəzli və birtərəfli mövqeyinin əks olunduğu bu qətnamədə əks olunmuş iddiaların hər biri tutarlı şəkildə cavablandırılıb.
Fransanın bir sıra digər addımları kimi bu qətnamənin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə zərbə vurmaq cəhdi olduğu diqqətə çatdırılıb.
Qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin verdiyi açıqlamaların həmin qətnamənin də arxasında Fransa hökumətinin dayandığını, bu ölkənin ədalətli və bitərəf vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirdiyi vurğulanıb.
Görüşdə qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd olunduğu bildirilib və Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsi bir daha təkidlə tələb edilib.
Fransanın müvəqqəti işlər vəkili bir müddət öncə Senatda qəbul olunmuş qətnamə kimi, Milli Assambleyada da qəbul olunmuş bu qətnamənin Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini, hökumətin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqları dəstəklədiyini bildirib. O, Azərbaycan tərəfinin mövqeyini aidiyyəti üzrə çatdıracağını əlavə edib.