https://sputnik.az/20221201/xn-azerbaycan-eleyhine-qebul-edilmis-qetnameye-munasibet-bildirib-449151698.html
XİN Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib
XİN Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib
Sputnik Azərbaycan
Qeyd edilən qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə... 01.12.2022, Sputnik Azərbaycan
2022-12-01T10:24+0400
2022-12-01T10:24+0400
2022-12-01T10:24+0400
xin
azərbaycan xin
azərbaycan xəbərləri
qətnamə
fransa senatının qətnaməsi
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_0:160:3072:1888_1920x0_80_0_0_03f0109e13887dd5937ba459dcf6a56f.jpg
BAKI, 1 dekabr - Sputnik. Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, qeyd edilən qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır:"Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir. Xüsusilə qeyd edək ki, qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin faktiki olaraq qətnaməni dəstəkləməsi, bu qətnamənin də arxasında son vaxtlar açıq şəkildə müxtəlif platformalarda anti-Azərbaycan təşəbbüslərlə çıxış edən Fransa hökumətinin dayandığını növbəti dəfə göstərir.Fransa, 25 ilə yaxın müddətdə ona həvalə edilmiş vasitəçilik rolunu bəhanə gətirərək, Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyib, beləliklə də münaqişənin həllinə çalışmayıb. Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı açıq şəkildə qarayaxma kampaniyası aparması və ittihamlar səsləndirməsi Fransanın qərəzli niyyətinin təzahürüdür. Fransa tərəfindən atılan digər təxribat xarakterli addımlar, o cümlədən bu ölkənin Senatı tərəfindən daha əvvəl qəbul edilmiş qətnamə kimi, bu qətnaməni də qətiyyətlə rədd edirik".
https://sputnik.az/20221130/fransa-parlamenti-azerbaycan-eleyhine-novbeti-addim-atdi-449149695.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_171:0:2902:2048_1920x0_80_0_0_ba039eeb77b5ecd013440ae4895f1bec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, azərbaycan xin, qətnamə, fransa senatının qətnaməsi
xin, azərbaycan xin, qətnamə, fransa senatının qətnaməsi
XİN Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib
Qeyd edilən qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır:
BAKI, 1 dekabr - Sputnik. Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qeyd edilən qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır:
"Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir. Xüsusilə qeyd edək ki, qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin faktiki olaraq qətnaməni dəstəkləməsi, bu qətnamənin də arxasında son vaxtlar açıq şəkildə müxtəlif platformalarda anti-Azərbaycan təşəbbüslərlə çıxış edən Fransa hökumətinin dayandığını növbəti dəfə göstərir.
Fransa, 25 ilə yaxın müddətdə ona həvalə edilmiş vasitəçilik rolunu bəhanə gətirərək, Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyib, beləliklə də münaqişənin həllinə çalışmayıb. Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı açıq şəkildə qarayaxma kampaniyası aparması və ittihamlar səsləndirməsi Fransanın qərəzli niyyətinin təzahürüdür. Fransa tərəfindən atılan digər təxribat xarakterli addımlar, o cümlədən bu ölkənin Senatı tərəfindən daha əvvəl qəbul edilmiş qətnamə kimi, bu qətnaməni də qətiyyətlə rədd edirik".