Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropa Voleybol Konfederasıyası "Xarı bülbül Şuşa" klubu haqqında yazı dərc edib

© AFP 2023 / ODD ANDERSENVoleybol oyunu, arxiv şəkli
Voleybol oyunu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2022
Abunə olmaq
"Xarı bülbül Şuşa" klubunun yaradılmasında əsas məqsəd Azərbaycanda voleybolun inkişafına töhfə verməklə yanaşı, tarixi torpağımız olan Şuşanı dünyaya tanıtdırmaq, bu adın beynəlxalq arenada daha geniş yayılmasına nail olmaqdır.
BAKI, 1 dekabr — Sputnik. Avropa Voleybol Konfederasıyası (CEV) rəsmi saytında Şuşanı təmsil edən "Xarı bülbül Şuşa" klubu haqqında geniş məqalə yerləşdirib.
Yazıda Azərbaycanın voleybol idmanındakı nailiyyətlərindən vaxtilə "Rabitə" və "Azərreyl"in qitə turnirlərində qazandığı mükafatlarından, eləcə də milli komandanın Bakı-2015 Birinci Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunlarındakı uğurlu çıxışlarından söhbət açılıb.
Bildirilir ki, "Xarı bülbül Şuşa" klubunun yaradılmasında əsas məqsəd Azərbaycanda voleybolun inkişafına töhfə verməklə yanaşı, tarixi torpağımız olan Şuşanı dünyaya tanıtdırmaq, bu adın beynəlxalq arenada daha geniş yayılmasına nail olmaqdır.
Klubun hədəflərindən söz açılan məqalədə "Xarı bülbül Şuşa"nın beynəlxalq səviyyəli klub olması istiqamətində işlərin görüldüyü qeyd olunub.
Xəbər lenti
0