https://sputnik.az/20221129/pik-saatlarda-metrodan-istifadeye-cehd-etdim-alinmadi---deputat-449097352.html
"Pik saatlarda metrodan istifadəyə cəhd etdim, alınmadı" - Deputat
"Pik saatlarda metrodan istifadəyə cəhd etdim, alınmadı" - Deputat
Sputnik Azərbaycan
Deputat müəllim və şagirdlər üçün ictimai nəqliyyatın pulsuz olmasını təklif edib, ictimai nəqliyyatdan istifadənin çətinləşdiyini dilə gətirib 29.11.2022, Sputnik Azərbaycan
2022-11-29T17:08+0400
2022-11-29T17:08+0400
2022-11-29T18:21+0400
nəqliyyat
cəmiyyət
naqif həmzəyev
deputat
metro
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610511_0:320:3072:2048_1920x0_80_0_0_659e279fa5918585573e5d0075aab9bb.jpg
BAKI, 29 noyabr - Sputnik. "Pik saatlarda metrodan istifadə etməyə cəhd etdim, ancaq alınmadı, bir neçə qatar buraxmalı oldum".Bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.O qeyd edib ki, əvvəl sadəcə saat 8 radələrində ictimai nəqliyyatda sıxlıq olurdusa, indi saat 10-da da ictimai nəqliyyatdan istifadə etmək çətinləşib: “Bakıda əhalinin sayı çoxalıb. Metronun, ictimai nəqliyyatın əvvəlki rejimlə işləməsi bu problemi aradan qaldıra bilməz. Eyni zamanda Bakının mərkəzindəki məktəblərdə təhsil alan şagirdlərin əksəriyyətini valideyn şəxsi avtomobillə gətirir, bu da tıxac yaradır"."Hesab edirəm ki, məktəblilər və müəllimlər üçün ən azı gündə iki dəfə ictimai nəqliyyat pulsuz olsun ki, biz tıxac problemini müəyyən dərəcədə aradan qaldıra bilək", - deyə o əlavə edib.
https://sputnik.az/20221129/deputat-elm-ve-tehsil-nazirliyini-sert-tenqid-edib-449077540.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610511_284:0:3015:2048_1920x0_80_0_0_1628e52dd9fd53605396096e672b7e3d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
nəqliyyat, naqif həmzəyev, deputat, metro
nəqliyyat, naqif həmzəyev, deputat, metro
"Pik saatlarda metrodan istifadəyə cəhd etdim, alınmadı" - Deputat
17:08 29.11.2022 (Yenilənib: 18:21 29.11.2022) Deputat müəllim və şagirdlər üçün ictimai nəqliyyatın pulsuz olmasını təklif edib, ictimai nəqliyyatdan istifadənin çətinləşdiyini dilə gətirib
BAKI, 29 noyabr - Sputnik. "Pik saatlarda metrodan istifadə etməyə cəhd etdim, ancaq alınmadı, bir neçə qatar buraxmalı oldum".
Bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, əvvəl sadəcə saat 8 radələrində ictimai nəqliyyatda sıxlıq olurdusa, indi saat 10-da da ictimai nəqliyyatdan istifadə etmək çətinləşib: “Bakıda əhalinin sayı çoxalıb. Metronun, ictimai nəqliyyatın əvvəlki rejimlə işləməsi bu problemi aradan qaldıra bilməz. Eyni zamanda Bakının mərkəzindəki məktəblərdə təhsil alan şagirdlərin əksəriyyətini valideyn şəxsi avtomobillə gətirir, bu da tıxac yaradır".
"Hesab edirəm ki, məktəblilər və müəllimlər üçün ən azı gündə iki dəfə ictimai nəqliyyat pulsuz olsun ki, biz tıxac problemini müəyyən dərəcədə aradan qaldıra bilək", - deyə o əlavə edib.