Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Vugar Gashimov Memorial-2022”də elit şahmatçılar mübarizə aparacaqlar

© Photo : ShamkirChess2017 turnirinin mətbuat xidməti Sergey Karyakin Vüqar Həşimov Şahmat Akademiyasında
Sergey Karyakin Vüqar Həşimov Şahmat Akademiyasında - Sputnik Azərbaycan, 1920, 24.11.2022
Abunə olmaq
Superturnirdə Şəhriyar Məmmədyarov və Rumıniya təmsilçisi Riçard Rapportun iştirakı dəqiqləşib.
BAKI, 24 noyabr — Sputnik. Dekabrın 17-dən 24-dək Bakıda dahi şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vugar Gashimov Memorial-2022” superturniri keçiriləcək. Sayca səkkizinci dəfə təşkil olunacaq turnir dairəvi sistem üzrə baş tutacaq, əsasən elit şahmatçılar mübarizə aparacaqlar.
Bu sözləri “Vugar Gashimov Memorial-2022” superturnirinə həsr olunmuş mətbuat konfransında yarışın direktoru Anar Allahverdiyev deyib. Əməkdar məşqçi bildirib ki, turnirdə Şəhriyar Məmmədyarov və Rumıniya təmsilçisi Riçard Rapportun iştirakı dəqiqləşib:
"Digər şahmatçıların adları isə yaxın günlərdə açıqlanacaq. Şahmat idman növündə turnir cədvəli sıx olduğu üçün hazırda danışıqlar gedir".
Turnirdə yerli gənclərin də iştirakının nəzərdə tutulduğuna diqqət çəkən A.Allahverdiyev bildirib ki, Vüqar Həşimov Şahmat Fondunun əsas məqsədlərindən birinin də gənc şahmatçılar üçün yeni imkanlar açmaqdır.
O vurğulayıb ki, “Vüqar Həşimov” klubu cari il dördüncü dəfə klublararası Avropa çempionatında gücünü sınayıb: "Komanda ötən il Avropa çempionatında mükafatçılar sırasında yer almağı bacardı. Klubun heyəti əsasən gənc şahmatçılardan ibarətdir".
Turnirin baş hakimi Lütfiyar Rüstəmov 10 şahmatçının dairəvi sistem üzrə rapid və blits yarışlarında mübarizə aparacağını deyib: “Yarışın ilk 3 günündə rapid üzrə 9 tur oynanılacaq. Hər şahmatçı 1 gündə 3 turda gücünü sınayacaq. Bir günlük fasilədən sonra şahmatçılar bir-biri ilə 2 dəfə qarşılaşmaq şərti ilə blits üzrə ümumilikdə 18 turda güclərini sınayacaqlar”.
L.Rüstəmov bildirib ki, xalların hesablanması qaydası barədə yaxın günlərdə məlumat veriləcək. Ya hər qələbə üçün 3, heç-heçəyə görə 1 xal veriləcək, yaxud da rapiddə qaliblər 2, sülhə razılaşanlar 1 xal, blitsdə isə qələbə qazananlar 1, heç-heçə edənlər 0,5 xal qazanacaqlar.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə “Fairmont Baku” hotelində baş tutacaq.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu il), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci il) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci il) isə bir dəfə turnirin qalibi olublar.
Həmçinin yarışda dünya şahmat tarixində ilk dəfə innovativ yeniliklərdən istifadə olunacaq. Ötən il turnir üçün yeni loqo hazırlanıb. Qara fonda ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.
***
"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin reqlamenti bəlli olub.
Bu barədə yarışın baş hakimi Lütfiyar Rüstəmov superturnirə həsr olunmuş mətbuat konfransında açıqlama verib.
O bildirib ki, 10 şahmatçı dairəvi sistemlə rapid və blits üzrə mübarizə aparacaq. Yarışın ilk 3 günündə rapid üzrə 9 tur oynanılacaq. Hər şahmatçı 1 gündə 3 tur keçirəcək. Bir günlük fasilədən sonra 10 şahmatçı bir-biri ilə 2 dəfə qarşılaşmaq şərti ilə blits üzrə ümumilikdə 18 turda qüvvəsini sınayacaq.
L.Rüstəmovun sözlərinə görə, xalların hesablanması qaydası barədə yaxın günlərdə məlumat veriləcək: "Ya hər qələbə üçün 3, heç-heçəyə görə 1 xal veriləcək, ya da rapiddə qaliblər 2, sülhə razılaşanlar 1 xal, blitsdə isə qələbə qazananlar 1, heç-heçə edənlər 0,5 xal qazanacaqlar".
Qeyd edək ki, "Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turniri 17-24 dekabrda "Fairmont" hotelində təşkil olunacaq.
Xəbər lenti
0