Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Serbiyanın Baş naziri: "Azərbaycanın bizim üçün çox böyük əhəmiyyəti var"

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və Serbiyanın Baş naziri Ana Brnabiç
Azərbaycan Prezidenti İlham Əliyev və Serbiyanın Baş naziri Ana Brnabiç - Sputnik Azərbaycan, 1920, 23.11.2022
Abunə olmaq
BAKI, 23 noyabr - Sputnik. "Azərbaycanın bizim üçün çox böyük əhəmiyyəti var".
Bunu Serbiyanın Baş naziri Ana Brnabiç noyabrın 23-də Belqradda Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüş zamanı bildirib.
"Sizi əmin etmək istərdim ki, Serbiya hökumətinə arxalana bilərsiniz. Siyasi və iqtisadi əlaqələrimiz inkişaf edir. Azərbaycanın bizim üçün çox böyük əhəmiyyəti var. Ölkəniz bizim əsl dostumuzdur. Artıq qeyd etdiyim kimi, Sizinlə görüşməkdən və məsələləri müzakirə etməkdən məmnunam və şərəf hissi duyuram. Özünüzü burada öz evinizdəki kimi hiss edin. Mən Sizinlə birgə işləməyi səmimiyyətlə arzulayıram", - Baş nazir qeyd edib.
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər  - Sputnik Azərbaycan, 1920, 23.11.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir
Xəbər lenti
0