Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər  - Sputnik Azərbaycan, 1920, 23.11.2022
Abunə olmaq
"Beynəlxalq təşkilatların qərar, qətnamələri və onların icrası selektiv xarakter daşıyır" - Azərbaycan Prezidenti deyib.
BAKI, 23 noyabr — Sputnik. "Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir".
Bunu Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatlarla çıxışında deyib.
"Prezident Vuçiçin dediyi kimi, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir. Bu mövqe birmənalıdır və dəyişməzdir və dəyişməz olaraq qalacaq", - Prezident İlham Əliyev qeyd edib.
O bildirib ki, eyni zamanda, Prezident Vuçiçin beynəlxalq təşkilatlarla bağlı dediyi sözlərə də şərh verərək bir neçə kəlmə demək istərdim. Bizim torpaqlarımız uzun illər işğal altında idi və dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər.
"Onların arasında əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd etməliyəm. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Ancaq məsələ öz həllini tapmırdı. Bu nəyi göstərir?! Onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri və onların icrası selektiv xarakter daşıyır", - dövlət başçısı əlavə edib.
Qeyd edək ki, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gedib.
Belqrad şəhərinin "Nikola Tesla" hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb.
Xəbər lenti
0