https://sputnik.az/20221121/hikmet-haciyeve-srailden-muhum-zeng-448813865.html
Hikmət Hacıyevə İsraildən mühüm zəng
Hikmət Hacıyevə İsraildən mühüm zəng
Sputnik Azərbaycan
Səfir bildirib ki, bu gün baş tutan telefon danışığı zamanı İsrail XİN-in baş direktoru Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib. 21.11.2022, Sputnik Azərbaycan
2022-11-21T17:10+0400
2022-11-21T17:10+0400
2022-11-21T17:12+0400
siyasət
israil
corc dik
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447951473_0:122:925:642_1920x0_80_0_0_e6ee94b3b35b48f8bb0c92aa9d685c9d.jpg
BAKI, 21 noyabr - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İsrail Xarici İşlər Nazirliyinin baş direktoru arasında telefon danışığı olub.Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün "Twitter" hesabında yazıb. O qeyd edib ki, bu gün baş tutan telefon danışığı zamanı İsrail XİN-in baş direktoru Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.Qeyd edək ki, Azərbaycan Milli Məclisi noyabrın 18-də Azərbaycanın İsraildə səfirliyini təsis etmək barədə qərar verib. Bununla bağlı məsələ "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.Bundan başqa, Azərbaycan Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisini təsis edib.Qeyd edək ki, Azərbaycan parlamentinin bu qərarı İsraldə böyük coşğu ilə qarşılanıb. İsrailin Baş naziri Yair Lapid, müdafiə naziri Benni Qantz, İsrailin Xarici İşlər Nazirliyi və digər rəsmi şəxslər öz sosial şəbəkə hesablarında bu barədə pozitiv mesajlar paylaşıblar. Eyni zamanda Azərbaycanın dövlət rəsmilərinə və parlamentinə təşəkkür ediblər.
https://sputnik.az/20221121/sefir-azerbaycanin-srailde-sefirlik-acmaq-qerarini-milli-yemeklerle-qeyd-etmek-isteyir-448792009.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1b/447951473_0:0:925:694_1920x0_80_0_0_8aef7c3eeec7198f0ae8fc960668775b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
israil, corc dik
Hikmət Hacıyevə İsraildən mühüm zəng
17:10 21.11.2022 (Yenilənib: 17:12 21.11.2022) Səfir bildirib ki, bu gün baş tutan telefon danışığı zamanı İsrail XİN-in baş direktoru Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.
BAKI, 21 noyabr - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İsrail Xarici İşlər Nazirliyinin baş direktoru arasında telefon danışığı olub.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün "Twitter" hesabında yazıb.
O qeyd edib ki, bu gün baş tutan telefon danışığı zamanı İsrail XİN-in baş direktoru Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.
Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan Milli Məclisi noyabrın 18-də Azərbaycanın İsraildə səfirliyini təsis etmək barədə qərar verib. Bununla bağlı məsələ "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.
Bundan başqa, Azərbaycan Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisini təsis edib.
Qeyd edək ki, Azərbaycan parlamentinin bu qərarı İsraldə böyük coşğu ilə qarşılanıb. İsrailin Baş naziri Yair Lapid, müdafiə naziri Benni Qantz, İsrailin Xarici İşlər Nazirliyi və digər rəsmi şəxslər öz sosial şəbəkə hesablarında bu barədə pozitiv mesajlar paylaşıblar. Eyni zamanda Azərbaycanın dövlət rəsmilərinə və parlamentinə təşəkkür ediblər.