SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir Azərbaycanın İsraildə səfirlik açmaq qərarını milli yeməklərlə qeyd etmək istəyir

© Sputnik / Murad OrujovПосол Израиля в Азербайджане Джордж Дик
Посол Израиля в Азербайджане Джордж Дик - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Abunə olmaq
Səfir yazıb ki, Azərbaycanın İsraildə səfirlik açmaq qərarını ənənəvi Azərbaycan yeməyi ilə qeyd etmək qərarına gəliblər. Amma hansı yeməklə qeyd edəcəklərini razılaşdıra bilmirlər.
BAKI, 21 noyabr - Sputnik. İsrailin Azərbaycandakı səfiri Corc Dik rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarı ilə bağlı Twitterdə paylaşım edib.
Diplomat bunu qeyd etdiklərini yazıb.
“Azərbaycanın İsraildə səfirlik açmaq qərarını ənənəvi Azərbaycan yeməyi ilə qeyd etmək qərarına gəldik. Amma hansı yeməklə qeyd edəcəyimizi razılaşdıra bilmirik”, - səfir bildirib.
C.Dik Azərbaycanın bir neçə milli yeməyinin adını çəkib və onlar arasından hansını seçməklə bağlı məsləhət istəyib.
“Düşbərə və dolma, şah plov və balıq ləvəngisi, piti və yarpaq xəngəli, kabab”, - o, bildirib.
Qeyd edək ki, Milli Məclis noyabrın 18-də Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib. Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdə, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək (Report).
Bundan başqa, Azərbaycan BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəlik, Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edir. Parlament bununla bağlı layihələri də təsdiqləyib.
Xəbər lenti
0