SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsrailin müdafiə naziri də Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışladı

© AFP 2024 / MENAHEM KAHANABenny Gantz
Benny Gantz - Sputnik Azərbaycan, 1920, 18.11.2022
Abunə olmaq
Qantz vurğulayıb ki, səfirliyin açılması ilə bağlı bu vacib qərar İsrail və Azərbaycan arasında münasibətlərin dərinliyini nümayiş etdirir.
BAKI, 18 noyabr - Sputnuk. "İsraildə Azərbaycan səfirliyinin açılması qərarı iki dövlət arasında münasibətlərin dərinləşdiyini göstərir".
Bunu İsrailin müdafiə naziri Benni Qantz Twitter hesabında yazıb.
Onun sözlərinə görə, bu addım bütün regionun sabitliyi və rifahı naminə əlaqələrin davam etdirilməsinin zəruriliyini nümayiş etdirir.
Nazir Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq qərarını alqışlayıb.
“Mən Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq qərarını alqışlayıram. Keçən ay mən Azərbaycana səfər etdim və Prezident İlham Əliyevlə, müdafiə naziri general-polkovnik Zakir Həsənovla və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşdüm. Görüşlərdə biz bir sıra siyasi və təhlükəsizlik məsələlərini müzakirə etdik”, - nazir qeyd edib.
Qantz vurğulayıb ki, səfirliyin açılması ilə bağlı bu vacib qərar İsrail və Azərbaycan arasında münasibətlərin dərinliyini nümayiş etdirir.
Onun sözlərinə görə, bu qərar həm də müxtəlif çağırışlar qarşısında əlaqələrin bütün regionun rifahı və stabilliyi naminə dərinləşməsinin davam etməsinin vacibliyini göstərir.
İsrailin Xarici İşlər Nazirliyi isə Azərbaycanın İsraildə səfirlik açmasını tarixi qərar adlandırıb.
"Bu gün (18 noyabr 2022-ci il) Azərbaycan parlamenti Azərbaycanın İsraildə, Təl-Əvivdə səfirliyinin açılması ilə bağlı tarixi qərar qəbul edib. Bu, əhalisinin əksəriyyətinin şiə olduğu müsəlman ölkəsinin İsraildə ilk səfirliyi olacaq", - məlumatda bildirilib.
İsrailin Baş naziri Yair Lapid də bundan əvvəl məsələni şərh edib.
O bildirib ki, "Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir".
"Rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışlayıram. Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir", - hökumət başçısı vurğulayıb.
Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.
Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.
Bundan başqa, Azərbaycan Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisini təsis edib.
Yair Lapid - Sputnik Azərbaycan, 1920, 18.11.2022
SİYASƏT
İsrailin Baş nazirindən Azərbaycanın səfirlik açmaq qərarına münasibət
Xəbər lenti
0