https://sputnik.az/20221118/srailin-bas-nazirinden-azerbaycanin-sefrilik-acmaq-qerarina-munasibet-448719784.html
İsrailin Baş nazirindən Azərbaycanın səfirlik açmaq qərarına münasibət
İsrailin Baş nazirindən Azərbaycanın səfirlik açmaq qərarına münasibət
Sputnik Azərbaycan
İsrail Baş naziri bildirib ki, səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə... 18.11.2022, Sputnik Azərbaycan
2022-11-18T16:11+0400
2022-11-18T16:11+0400
2022-11-18T18:35+0400
israil
siyasət
milli məclis
fələstin
israilin baş naziri yair lapid
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427272114_0:0:2816:1585_1920x0_80_0_0_5cb70515799b86c3bf07b5f2ca4667ce.jpg
BAKI, 18 noyabr — Sputnik. "Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir".Bunu İsrailin Baş naziri Yair Lapid Twitter-də yazıb.O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib."Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir", - hökumət başçısı vurğulayıb.Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.Qeyd edək ki, Milli Məclis noyabrın 18-də Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib. Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdə, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək.Bundan başqa, Azərbaycan BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəlik, Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisini təsis edib. Parlament bu barədə layihələri bu günkü plenar iclasında təsdiqləyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427272114_85:0:2816:2048_1920x0_80_0_0_a113e9bcfb271cb05b696dce9ab3e746.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
israil, milli məclis, fələstin, israilin baş naziri yair lapid
israil, milli məclis, fələstin, israilin baş naziri yair lapid
İsrailin Baş nazirindən Azərbaycanın səfirlik açmaq qərarına münasibət
16:11 18.11.2022 (Yenilənib: 18:35 18.11.2022) İsrail Baş naziri bildirib ki, səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin nəticəsidir.
BAKI, 18 noyabr — Sputnik. "Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir".
Bunu İsrailin Baş naziri Yair Lapid Twitter-də yazıb.
O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.
"Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir", - hökumət başçısı vurğulayıb.
Y. Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.
Qeyd edək ki, Milli Məclis noyabrın 18-də Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib. Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdə, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək.
Bundan başqa, Azərbaycan BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəlik, Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisini təsis edib. Parlament bu barədə layihələri bu günkü plenar iclasında təsdiqləyib.