Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

© Sputnik / Murad OrujovBasketbol üzrə Azərbaycan çempionatı, arxiv şəkli
Basketbol üzrə Azərbaycan çempionatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.11.2022
Abunə olmaq
Sabah 8 kollektivin iştirakı ilə "3x3 Qadın Basketbol Liqası" (3x3 QBL) adlı yarış, dekabrda isə oğlanlar və qızlar arasında müxtəlif yaş qrupları üzrə "Uşaq Gənclər Basketbol Liqası" (UGBL) adlı çempionatın startı planlaşdırılır.
BAKI, 18 noyabr — Sputnik. Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq. Federasiyanın yaydığı məlumata görə, dekabrdan start götürəcək Həvəskar Basketbol Liqası (HBL) və Tələbə Basketbol Liqası (TBL) adları ilə baş tutacaq turnirlərdə müvafiq olaraq 7 həvəskar və 8 universitet komandasının iştirakı gözlənilir.
Bundan əlavə, 19 noyabrda 8 kollektivin iştirakı ilə "3x3 Qadın Basketbol Liqası" (3x3 QBL) adlı yarış, dekabrda isə oğlanlar və qızlar arasında müxtəlif yaş qrupları üzrə "Uşaq Gənclər Basketbol Liqası" (UGBL) adlı çempionatın startı planlaşdırılır.
Qeyd edək ki, oktyabrda Azərbaycan Basketbol Liqası başlayıb. Bu yarışın oyunları "Sərhədçi" İdman Mərkəzində, digər liqaların matçları isə Azərbaycan Texniki və Azərbaycan Memarlıq və İnşaat universitetlərinin idman zallarında baş tutacaq.
Xəbər lenti
0