CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qüdrət Həsənquliyevdən çağırış: Pensiya yaşını aşağı salmalıyıq

© Depositphotos.com / AllaSerebrinaYaşlı insanlar, arxiv şəkli
Yaşlı insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2022
Abunə olmaq
Deputat ölkə üzrə kişilərin 47 faizinin 65 yaşa çatdığını və bu barədə ciddi düşünməli olduğumuzu dilə gətirib.
BAKI, 17 noyabr - Sputnik. “Ölkə üzrə kişilərin 47 faizi 65 yaşa çatır. Bu, həqiqətən də ciddi düşünüləsi rəqəmdir. Həm də onu deməyə əsas verir ki, biz pensiya yaşını aşağı salmalıyıq. Heç olmasa bu kişilər 2-3 il pensiya ala bilsinlər".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat hesab edir ki, həddindən artıq vergi və rüsumların ödənilməsi ilə bağlı güzəştlər edilir. Əslində bu güzəştlər uşaq geyimlərinə, uşaq qidalarına edilməldir, amma tutaq ki, elektromobillərə yox.
Deputat bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı Prezident İlham Əliyev təsdiq edib: “Amma büdcədə bu işlərə nə qədər vəsait xərclənəcəyi açıqlanmır. Biz büdcənin gəlirlərini artırmaq barədə düşünməliyik. Bizdə iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətində olsa da, büdcəyə dövlət şirkətləri tərəfindən ödənilən vergilər çox azdır. Özəlləşdirmə sürətləndirilməlidir”.
Razi Nurullayev - Sputnik Azərbaycan, 1920, 17.11.2022
CƏMİYYƏT
Nurullayev: "Kritik kasıblıq həddində olan ailələr yardım ala bilmir"
Xəbər lenti
0