https://sputnik.az/20221116/azerbaycan-boksculari-dunya-cempionatina-qelebe-ile-basladi-448606033.html
Azərbaycan boksçuları dünya çempionatına qələbə ilə başladı
Azərbaycan boksçuları dünya çempionatına qələbə ilə başladı
Sputnik Azərbaycan
Gənc boksçularımız Sənan Hətəmov və Mehparə Məmmədova keçirdikləri görüşləri qələbə ilə başa vurublar. 16.11.2022, Sputnik Azərbaycan
2022-11-16T10:36+0400
2022-11-16T10:36+0400
2022-11-16T10:36+0400
idman
boks
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42232/69/422326988_0:0:3059:1722_1920x0_80_0_0_52469ad26fa2db14bae31a647e7b75f0.jpg
BAKI, 16 noyabr — Sputnik. İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatına start verilib.Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, mundialın ilk günündə millinin 2 üzvü mərhələ adlayıb.Sənan Hətəmov (67 kq) Neri Kanaviri (Boliviya) ilə qarşılaşıb. 1/32 final mərhələsində baş tutan görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. O, rəqibini tam üstünlüklə məğlub edib. Hətəmov növbəti döyüşündə ilk mərhələdən azad olan kanadalı Yakub Blaislə üz-üzə gələcək.Mehparə Məmmədova (48 kq) da rinqdən qalib ayrılıb. 1/16 final mərhələsində Lyuba Atanasova (Bolqarıstan) ilə döyüşən idmançı rəqibinin üçüncü raundda diskvalifikasiya olunması səbəbindən növbəti görüşə vəsiqə qazanıb. Məmmədova ikinci cəhdində monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayacaq.Tural Sarıyev (48 kq) Titivat Flonqauraiyə (Tayland), Rza Rzazadə (75 kq) Antonio Leyvaya (Argentina) məğlub olaraq mübarizəni dayandırıb.Qeyd edək ki, dünya çempionatında bu gün yığmanın daha 2 boksçusu mübarizəyə qoşulacaq. Kamil Babayev (54 kq) Riçard Erazo Çaçanı (Ekvador), Aysu Dərvişova (57 kq) Quadalupe Peresi (ABŞ) sınağa çəkəcək.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42232/69/422326988_253:0:2984:2048_1920x0_80_0_0_126fa2abe97dc475303ef1392558c6d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
boks, azərbaycan
Azərbaycan boksçuları dünya çempionatına qələbə ilə başladı
Gənc boksçularımız Sənan Hətəmov və Mehparə Məmmədova keçirdikləri görüşləri qələbə ilə başa vurublar.
BAKI, 16 noyabr — Sputnik. İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatına start verilib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, mundialın ilk günündə millinin 2 üzvü mərhələ adlayıb.
Sənan Hətəmov (67 kq) Neri Kanaviri (Boliviya) ilə qarşılaşıb. 1/32 final mərhələsində baş tutan görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. O, rəqibini tam üstünlüklə məğlub edib. Hətəmov növbəti döyüşündə ilk mərhələdən azad olan kanadalı Yakub Blaislə üz-üzə gələcək.
Mehparə Məmmədova (48 kq) da rinqdən qalib ayrılıb. 1/16 final mərhələsində Lyuba Atanasova (Bolqarıstan) ilə döyüşən idmançı rəqibinin üçüncü raundda diskvalifikasiya olunması səbəbindən növbəti görüşə vəsiqə qazanıb. Məmmədova ikinci cəhdində monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayacaq.
Tural Sarıyev (48 kq) Titivat Flonqauraiyə (Tayland), Rza Rzazadə (75 kq) Antonio Leyvaya (Argentina) məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, dünya çempionatında bu gün yığmanın daha 2 boksçusu mübarizəyə qoşulacaq. Kamil Babayev (54 kq) Riçard Erazo Çaçanı (Ekvador), Aysu Dərvişova (57 kq) Quadalupe Peresi (ABŞ) sınağa çəkəcək.