Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan millisinin sabiq qapıçısı UEFA-nın komitəsinə üzv seçilib

© AFP 2023 / FABRICE COFFRINIUEFA-nın mənzil-qərargahı, arxiv şəkli
UEFA-nın mənzil-qərargahı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Abunə olmaq
Cahangir Həsənzadə UEFA-nın Gənclər və Həvəskar Futbol Komitəsinin həqiqi üzvü seçilib.
BAKI, 15 noyabr — Sputnik. AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə UEFA-nın Gənclər və Həvəskar Futbol Komitəsinin həqiqi üzvü seçilib.
Milli Assosiasiyanın rəsmi saytının xəbərinə görə, bununla bağlı qərar həmin komitənin iclasında verilib.
Qeyd edək ki, Cahangir Həsənzadə Azərbaycan yığmasının sabiq qapıçısı karyerasında "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran" və "Qəbələ" kimi klubların formasını geyinib.
Xatırladaq ki, 2020-ci ilin iyunun 30-dan texniki direktor vəzifəsinin icrası AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub.
Xəbər lenti
0