Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın 7 boksçusu qızıl medal qazanıb

© Maddie Meyer/Getty Images/AFPBoks əlcəkləri, arxiv şəkli
Boks əlcəkləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2022
Abunə olmaq
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışın sonuncu – final günündə milli komandanın 7 boksçusu rinqə çıxıb.
BAKI, 14 noyabr — Sputnik. Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışın sonuncu – final günündə milli komandanın 7 boksçusu rinqə çıxıb.
Boksçuların hər biri həlledici döyüşü qələbə ilə başa vurub. Finalda Məsud Yusifzadə (51 kq) Yakub Slominskini (Polşa), Ümid Rüstəmov (57 kq) Patrik Adamusu (İrlandiya), Malik Həsənov (63,5 kq) Roman Samueli (Rumıniya), Nəbi İsgəndərov (67 kq) Pavel Suleçkini (Polşa), Murad Allahverdiyev (80 kq) Andrey Çiryasovu (Moldova), Alfonso Dominqes (86 kq) Klemens Şepanyakı (Polşa) və Məhəmməd Abdullayev (+92 kq) Radoslav Kavjakı (Polşa) məğlub edərək çempion tituluna yiyələnib.
Beləliklə, 16 ölkənin iştirakı ilə təşkil olunan yarışa 13 boksçu ilə yollanan milli turniri 7 qızıl və 4 bürünc medalla başa vurub. Yığma bu göstərici ilə kişilərin yarışında komanda hesabında birinci olub.
Millinin aktivinə bürünc medalları isə Ruslan Qədirov (57 kq), Sərxan Əliyev (71 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) yazdırıblar.
Xəbər lenti
0