UEFA Avropa və Konfrans Liqasında püşklər atılıb
© AFP 2024 / TOFIK BABAYEVAvropa Liqasının qrup mərhələsində "Qarabağ" - "Olimpiakos" matçında oyun anı
© AFP 2024 / TOFIK BABAYEV
Abunə olmaq
"Qarabağ" futbol klubu UEFA Konfrans Liqasında ilk oyunu fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
BAKI, 7 noyabr - Sputnik. "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub. Report-un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu raundda “Gent” (Belçika) ilə üz-üzə gələcək.
"Köhlən atlar" ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
UEFA Konfrans Liqası, pley-off mərhələsi
“Qarabağ” (Azərbaycan) - “Gent” (Belçika)
“Trabzonspor” (Türkiyə) - “Bazel” (İsveçrə)
“Latsio” (İtaliya) - “CFR Kluj” (Rumıniya)
“Budo Qlimt” (Norveç) - “Lex” (Polşa)
“Braqa” (Portuqaliya) - “Fiorentina” (İtaliya)
AEK (Larnaka, Kipr) - “Dnepr-1” (Ukrayna)
“Şerif” (Moldova) - “Partizan” (Serbiya)
“Ludoqorets” (Bolqarıstan) - “Anderlext” (Belçika)
© AFP 2024 / FABRICE COFFRINIUEFA Avropa Liqasının püşkatma mərasimi, arxiv şəkli
UEFA Avropa Liqasının püşkatma mərasimi, arxiv şəkli
© AFP 2024 / FABRICE COFFRINI
UEFA Avropa Liqası
Pley-off mərhələsi
"Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
"Yuventus" (İtaliya) - "Nant" (Fransa)
"Sportinq" (Portuqaliya) - "Midtüllan" (Danimarka)
"Şaxtyor" Donetsk (Ukrayna) - "Renn" (Fransa)
"Ayaks" (Niderland) - "Union" (Berlin, Almaniya)
"Bayer" (Leverkuzen, Almaniya) - "Monako" (Fransa)
"Sevilya" (İspaniya) - PSV (Niderland)
"Zaltsburq" (Avstriya) - "Roma" (İtaliya)
Qeyd edək ki, pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək.