https://sputnik.az/20221105/boyuk-debilqe-azerbaycan-cudoculari-3-cu-qizil-medali-qazanib-448292577.html
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb
Sputnik Azərbaycan
Bu, Azərbaycanın kişi cüdoçularının turnirdə əldə etdiyi 3-cü qızıl medal olub. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Hidayət Heydərov (73 kq) bu uğuru... 05.11.2022, Sputnik Azərbaycan
2022-11-05T23:27+0400
2022-11-05T23:27+0400
2022-11-06T09:47+0400
idman
cüdo
cüdo üzrə dünya çempionatı
"böyük dəbilqə"
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434509290_0:0:3071:1728_1920x0_80_0_0_b6ea0781969b2cdc9ad5fa9a607ff870.jpg
BAKI, 5 noyabr - Sputnik. Azərbaycan cüdoçusu Səid Mollayi Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.81 kq-da çıxış edən idmançı finalda belçikalı Mattias Kasse ilə görüşüb.Rəqibinə vazari ilə qalib gələn Mollayi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, tatamini tərk etdikdən sonra qısaca olaraq təəssüratlarını bölüşüb və "Yaşasın Azərbaycan!" şüarını səsləndirib.Bu, Azərbaycanın kişi cüdoçularının turnirdə əldə etdiyi 3-cü qızıl medal olub. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Hidayət Heydərov (73 kq) bu uğuru təkrarlayıb.17:56Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən Böyük Dəbilqə turnirində final qarşılaşmasına çıxıb.73 kq-da yer alan idmançı həlledici görüşdə kanadalı Artur Margelidonla üz-üzə gəlib.Rəqibini ipponla məğlub edən Heydərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medal qazanıb.14:21Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.İlk olaraq 81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi yarımfinalda macarıstanlı Attila Unqvariyə qalib gəlib. O, qızıl medal uğrunda belçikalı Mattias Kasse ilə görüşəcək.73 kq-dakı Hidayət Heydərov ispaniyalı Salvador Rokaya qalib gələrək finalda kanadalı Artur Margelidona rəqib olub.Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı təsəlliverici görüşdə sloveniyalı Andreya Leskiyə yenilib.Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.13:48Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və 81 kq-da yarışan Səid Mollayi bu raundadək irəliləyə bilib.Heydərov finala gedən yolda ispaniyalı Salvador Roka ilə, Mollayi macarıstanlı Attila Unqvari ilə güləşəcək.73 kq-dakı idmançılardan Vüsal Qələndərzadə və Rüstəm Orucov 1/8 finalda, Telman Vəliyev 1/16 finalda məğlub olub.81 kq-da Elcan Hacıyev və Ömər Rəcəbli 1/16 finalda, Zelim Tçkayev isə 1/8 finalda yenilib.Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı təsəlliverici görüşdə sloveniyalı Andreya Leski ilə üz-üzə gələcək. Eyni çəkidəki Nərgiz Hacıyeva ilk qarşılaşmasından məğlub ayrılıb.70 kq-da Südabə Ağayeva və Günel Həsənli də məğlub olduqları üçün medal şanslarını itirib.Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb (Report).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434509290_292:0:3023:2048_1920x0_80_0_0_aeac58934437e6576b646f30e7774ab5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cüdo, cüdo üzrə dünya çempionatı, "böyük dəbilqə"
cüdo, cüdo üzrə dünya çempionatı, "böyük dəbilqə"
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb
23:27 05.11.2022 (Yenilənib: 09:47 06.11.2022) Bu, Azərbaycanın kişi cüdoçularının turnirdə əldə etdiyi 3-cü qızıl medal olub. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Hidayət Heydərov (73 kq) bu uğuru təkrarlayıb.
BAKI, 5 noyabr - Sputnik. Azərbaycan cüdoçusu Səid Mollayi Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.
81 kq-da çıxış edən idmançı finalda belçikalı Mattias Kasse ilə görüşüb.
Rəqibinə vazari ilə qalib gələn Mollayi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, tatamini tərk etdikdən sonra qısaca olaraq təəssüratlarını bölüşüb və "Yaşasın Azərbaycan!" şüarını səsləndirib.
Bu, Azərbaycanın kişi cüdoçularının turnirdə əldə etdiyi 3-cü qızıl medal olub. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Hidayət Heydərov (73 kq) bu uğuru təkrarlayıb.
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən Böyük Dəbilqə turnirində final qarşılaşmasına çıxıb.
73 kq-da yer alan idmançı həlledici görüşdə kanadalı Artur Margelidonla üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən Heydərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medal qazanıb.
Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.
İlk olaraq 81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi yarımfinalda macarıstanlı Attila Unqvariyə qalib gəlib. O, qızıl medal uğrunda belçikalı Mattias Kasse ilə görüşəcək.
73 kq-dakı Hidayət Heydərov ispaniyalı Salvador Rokaya qalib gələrək finalda kanadalı Artur Margelidona rəqib olub.
Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı təsəlliverici görüşdə sloveniyalı Andreya Leskiyə yenilib.
Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.
Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.
73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və 81 kq-da yarışan Səid Mollayi bu raundadək irəliləyə bilib.
Heydərov finala gedən yolda ispaniyalı Salvador Roka ilə, Mollayi macarıstanlı Attila Unqvari ilə güləşəcək.
73 kq-dakı idmançılardan Vüsal Qələndərzadə və Rüstəm Orucov 1/8 finalda, Telman Vəliyev 1/16 finalda məğlub olub.
81 kq-da Elcan Hacıyev və Ömər Rəcəbli 1/16 finalda, Zelim Tçkayev isə 1/8 finalda yenilib.
Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı təsəlliverici görüşdə sloveniyalı Andreya Leski ilə üz-üzə gələcək. Eyni çəkidəki Nərgiz Hacıyeva ilk qarşılaşmasından məğlub ayrılıb.
70 kq-da Südabə Ağayeva və Günel Həsənli də məğlub olduqları üçün medal şanslarını itirib.
Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb (Report).