https://sputnik.az/20221105/azerbaycan-dunya-olkelerinin-qlobal-idman-reytinqinde-43-pille-irelileyib-448282719.html
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib
Sputnik Azərbaycan
Ölkəmiz ötən reytinq cədvəli ilə müqayisədə böyük irəliləyiş əldə edib. 162 xala malik Azərbaycan dünyada 46-cıdır. 05.11.2022, Sputnik Azərbaycan
2022-11-05T22:37+0400
2022-11-05T22:37+0400
2022-11-05T22:37+0400
idman
azərbaycan
avropa
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437623426_0:219:3071:1947_1920x0_80_0_0_03b0480df1d6c91c89148aaf47d0df3f.jpg
BAKI, 5 noyabr — Sputnik. Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.Belə ki, 2022-ci ilin arxada qalan hissəsində keçirilən nüfuzlu yarışlarda qazanılan nəticələrə əsasən tərtib olunan cədvəldə planetin 122 ölkəsi yer alıb.Azərbaycanın mövqeyində ciddi dəyişiklik olub. Ölkəmiz ötən reytinq cədvəli ilə müqayisədə böyük irəliləyiş əldə edib. 162 xala malik Azərbaycan dünyada 46-cıdır. Ötən cədvəldə 89-cu olan idmançılarımız 43 pilləlik sıçrayışa nail olub.Yalnız dörd ölkə daha çox irəliləyib. İran 71, Türkiyə 52, Bolqarıstan 48, Özbəkistan 45 addım sıçrayış edib.Olimpiya Oyunları və digər multi-idman yarışlarında olduğu kimi reytinqdə də idmanımızı güləşçilər ön sıralara qaldırıb. 162 xalın 87-si yunan-Roma, 47-si sərbəst güləşçilərin aktivindədir. Qılıncoynadanlar 42, bədii gimnastlar isə 6 xal qazandırıb.Azərbaycan Avropada 26-cı yerdədir. Qardaş Türkiyə 168 xalla dünyada 45-ci, qitədə 25-cidir.Siyahıya 4768 xalla ABŞ başçılıq edir. Kanada (2107) ikinci, İtaliya (2017) üçüncüdür. Fransa (1938), Almaniya (1907) və Avstraliya (1759) da ilk "altılıq"da yer alıb.Qeyd edək ki, Azərbaycan 2021-ci ildə 43-cü, 2019-cu ildə 47-ci, 2018-ci ildə 40-cı olub. 2020-ci ildə isə koronavirus səbəbindən siyahı tərtib olunmayıb (APA).
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437623426_344:208:2798:2048_1920x0_80_0_0_cc925f6271f6a975ac2eb5b20be75923.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, avropa
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib
Ölkəmiz ötən reytinq cədvəli ilə müqayisədə böyük irəliləyiş əldə edib. 162 xala malik Azərbaycan dünyada 46-cıdır.
BAKI, 5 noyabr — Sputnik. Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.
Belə ki, 2022-ci ilin arxada qalan hissəsində keçirilən nüfuzlu yarışlarda qazanılan nəticələrə əsasən tərtib olunan cədvəldə planetin 122 ölkəsi yer alıb.
Azərbaycanın mövqeyində ciddi dəyişiklik olub. Ölkəmiz ötən reytinq cədvəli ilə müqayisədə böyük irəliləyiş əldə edib. 162 xala malik Azərbaycan dünyada 46-cıdır. Ötən cədvəldə 89-cu olan idmançılarımız 43 pilləlik sıçrayışa nail olub.
Yalnız dörd ölkə daha çox irəliləyib. İran 71, Türkiyə 52, Bolqarıstan 48, Özbəkistan 45 addım sıçrayış edib.
Olimpiya Oyunları və digər multi-idman yarışlarında olduğu kimi reytinqdə də idmanımızı güləşçilər ön sıralara qaldırıb. 162 xalın 87-si yunan-Roma, 47-si sərbəst güləşçilərin aktivindədir. Qılıncoynadanlar 42, bədii gimnastlar isə 6 xal qazandırıb.
Azərbaycan Avropada 26-cı yerdədir. Qardaş Türkiyə 168 xalla dünyada 45-ci, qitədə 25-cidir.
Siyahıya 4768 xalla ABŞ başçılıq edir. Kanada (2107) ikinci, İtaliya (2017) üçüncüdür. Fransa (1938), Almaniya (1907) və Avstraliya (1759) da ilk "altılıq"da yer alıb.
Qeyd edək ki, Azərbaycan 2021-ci ildə 43-cü, 2019-cu ildə 47-ci, 2018-ci ildə 40-cı olub. 2020-ci ildə isə koronavirus səbəbindən siyahı tərtib olunmayıb (APA).