Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" UEFA reytinqində geriləyib

© Sputnik / Murad Orujov"Qarabağ" FK-nın futbolçuları
Qarabağ FK-nın futbolçuları - Sputnik Azərbaycan, 1920, 04.11.2022
Abunə olmaq
"Frayburq"la heç-heçə edən (1:1) Qurban Qurbanovun yetirmələri xal hesabını artırıb. Qazanılan bir xalla bu rəqəm 25,000-a çatdırıb
BAKI, 4 noyabr — Sputnik. Avrokubokların qrup mərhələsinin VI turu başa çatıb.
Baş tutan matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb. Azərbaycan "Top-100"də yalnız bir komanda ilə təmsil olunub. Bu, son ölkə çempionu "Qarabağ"dır.
Avropa Liqasında "Frayburq"la heç-heçə edən (1:1) Qurban Qurbanovun yetirmələri xal hesabını artırıb. Qazanılan bir xalla bu rəqəm 25,000-a çatdırıb.
Ağdam klubu 66-cı yerə şərikdir. Təmsilçimiz ötən həftə ilə müqayisədə bir addım geriləyib. "Qarabağ" PAOK və "Krasnodar"la eyni pilləni bölüşür.
Qeyd edək ki, cədvələ 131,000 xala malik "Mançester Siti" başçılıq edir. (APA)
Xəbər lenti
0