Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Vəsaitlərdən daha səmərəli istifadə olunması başlıca hədəflərdəndir" - Nazir

© Photo : Azerbaijan Ministry of Health Teymur Musayev
 Teymur Musayev - Sputnik Azərbaycan, 1920, 03.11.2022
Abunə olmaq
Səhiyyə naziri deyib ki, pandemiya hər bir ölkənin özünü tibbi məhsulları ilə təmin etməsi məsələsini önə çıxarıb.
BAKI, 3 noyabr — Sputnik. Ölkə səhiyyəsinin inkişafı prioritet istiqamət olduğundan müstəqilliyin ilk illərindən tibbi sərgilər təşkil olunur. Bunu səhiyyə naziri Teymur Musayev "Medinex" və "Beauty Azerbaijan" sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bugünkü sərgi 30 ilə yaxın davam edən ənənənin davamıdır.
Nazir qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə qayğısı nəticəsində respublikamızda müasir səhiyyə infrastrukturları qurulur, tibb mərkəzləri son texnologiya avadanlıqları ilə təmin olunur və maddi texniki baza gücləndirilir: "Mütəxəssisələrimizin peşəkarlığının artırılması da burada mühüm yer tutur. Bugünkü şəraitdə uğur qazanmaq üçün tibb məhsullarını ən yüksək keyfiyyətlə istehsal edib bazara çıxarmaq kifayət etmir. Onun tanıdılması da istehsal qədər əhəmiyyətlidir. Prezidentin qarşımıza qoyduğu əsas vəzifələrdən biri də milli səhiyyə sistemində tibbi tədqiqatların təmin edilməsidir".
Nazir deyib ki, pandemiya hər bir ölkənin özünü tibbi məhsulları ilə təmin etməsi məsələsini önə çıxarıb: "2023-cü ildə səhiyyə və tibb elmi sahəsində nüfuzlu nəşrlərin sərgisinin təşkilini təklif edirəm. Səhiyyə Nazirliyi belə bir sərginin təşkili üçün lazımi dəstəyi verməyə hazırdır".
T.Musayev qeyd edib ki, vəsaitlərdən daha səmərəli istifadə olunması başlıca hədəflərdəndir: "İxtisaslaşmış beynəlxalq sərginin aparılması qarşısına qoyduğu məqsədə nail olmağa dəstək olacaq. Özəl və dövlət tibb müəssisələri bir-birinə dəstək ola bilərlər. Yeni innovativ texnologiyaların inkişafını nəzərə alaraq əhaliyə göstərilən tibbi xidmətlərin təşkili də yüksələ bilər. Eyni zamanda, vəsaitlərə də qənaət edə bilərik. Bununla da qənaət edilən vəsaiti Xidmətlər Zərfi çərçivəsində əhalinin digər tibbi xidmətlərinə sərf edə bilərik".
Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Medinex və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası Beauty Azerbaijan sərgisinin açılışı - Sputnik Azərbaycan, 1920, 03.11.2022
PAYTAXT XƏBƏRLƏRİ
"Medinex" və "Beauty Azerbaijan" sərgisinin açılışı olub
Xəbər lenti
0