"Medinex" və "Beauty Azerbaijan" sərgisinin açılışı olub
10:41 03.11.2022 (Yenilənib: 11:06 03.11.2022)
© Sputnik / Zulfiyya GuluyevaBakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex" və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası "Beauty Azerbaijan" sərgisinin açılışı
© Sputnik / Zulfiyya Guluyeva
Abunə olmaq
Sərgidə dünyanın 12 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Danimarka, İsveçrə, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, Yaponiya, Əlcəzair və digər ölkələrdən 90-dan çox şirkət iştirak edir
BAKI, 3 noyabr — Sputnik. Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex" və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası "Beauty Azerbaijan" sərgisinin açılışı olub.
Koronavirus pandemiyasının yaratdığı uzun fasilədən sonra yenidən ənənəvi formatda keçirilən sərgidə səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.
© Sputnik / Zulfiyya GuluyevaBakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex" və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası "Beauty Azerbaijan" sərgisinin açılışı
Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex" və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası "Beauty Azerbaijan" sərgisinin açılışı
© Sputnik / Zulfiyya Guluyeva
Açılış mərasimində bildirilib ki, sərginin təşkili dövlət və özəl sektor arasında yeni tərəfdaşlıqların inkişafına, kommunikasiya münasibətlərinin güclənməsinə öz töhfəsini verəcək. Beləliklə, Azərbaycan səhiyyəsinin inkişafına, tibb sahəsindəki müasir təcrübələrə əsaslanan innovativ yeniliklərin ölkəmizin istər özəl, istərsə də dövlət tibb müəssisələrində tətbiqinə xidmət etmiş olacaq. Nəticə etibarilə tibb müəssisələrinin maddi-texniki təminatı daha da yaxşılaşacaq, bu da öz növbəsində ölkədə icbari tibbi sığortanın uğurlu tətbiqinə, əhaliyə daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə və vətəndaş məmnunluğunun artmasına imkan yaradacaq.
© Sputnik / Zulfiyya GuluyevaBakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex" və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası "Beauty Azerbaijan" sərgisinin açılışı
Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex" və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası "Beauty Azerbaijan" sərgisinin açılışı
© Sputnik / Zulfiyya Guluyeva
Sərgidə dünyanın 12 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Danimarka, İsveçrə, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, Yaponiya, Əlcəzair və digər ölkələrdən 90-dan çox şirkət iştirak edir.
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iştirakı və dəstəyi ilə keçirilən sərgidə tibbi avadanlıq, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərmanlar, vitaminlər və pəhriz əlavələri, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibbdə informasiya texnologiyaları və s. təqdim olunur.
© Sputnik / Zulfiyya GuluyevaBakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex" və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası "Beauty Azerbaijan" sərgisinin açılışı
Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları "Medinex" və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası "Beauty Azerbaijan" sərgisinin açılışı
© Sputnik / Zulfiyya Guluyeva
Qeyd edək ki, "Medinex" sərgisi ilə eyni anda gözəllik industriyası sərgisi "Beauty Azerbaijan" keçiriləcək. Sərgi çərçivəsində kosmetologiya və estetik tibb üçün məhsullar, parfümeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, saça və bədənə qulluq məhsulları, dekorativ kosmetika, professional kosmetika, salon avadanlığı və bərbər alətləri nümayiş olunur.
Hər iki sərgi noyabrın 5-nə kimi davam edəcək.