https://sputnik.az/20221102/frayburq-klubunu-bakida-alti-yuz-azarkes-destekleyecek-448163785.html
“Frayburq” klubunu Bakıda altı yüz azarkeş dəstəkləyəcək
“Frayburq” klubunu Bakıda altı yüz azarkeş dəstəkləyəcək
Sputnik Azərbaycan
Matç noyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. 02.11.2022, Sputnik Azərbaycan
2022-11-02T21:27+0400
2022-11-02T21:27+0400
2022-11-02T21:27+0400
futbol
idman
qarabağ
"qarabağ" fk
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448150970_0:0:3075:1730_1920x0_80_0_0_50c853da5383969889b6d8fc398af38d.jpg
BAKI, 2 noyabr — Sputnik. Almaniyanın “Frayburq” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turunda Ağdamın “Qarabağ” komandası ilə Bakıda keçiriləcək oyunda dəstəksiz qalmayacaq.Qarşılaşma üçün Bakıya 600 azarkeş gələcək. Bu barədə "Frayburq" futbol klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, onlar Bakıya oyun günü yola düşəcəklər.Qeyd edək ki, matç noyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.“Qarabağ” klubunun oyunu ilə əlaqədar üç stansiyanın iş vaxtı uzadılacaq."Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, noyabrın 3-də “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində “Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.Bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar “Bakı Metropoliteni” QSC-nin əməliyyat planına uyğun olaraq, stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndiriləcək, stansiyada növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.“Nərimanov” və “28 May” stansiyalarında ehtiyat tədbirlər görüləcək. Bundan əlavə, “Qarabağ” FK-nın müraciətinə uyğun olaraq, “Bakı Metropoliteni” QSC-nin verdiyi qərara əsasən, futbol matçını stadionda izləyəcək azarkeşlərin qarşılaşmadan sonra mənzil başına rahat çatmaları üçün “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında iş saatı 01:00-a qədər uzadılacaq.Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448150970_149:0:2880:2048_1920x0_80_0_0_1f5e26d69e01055df4479f44f35e3852.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
futbol, qarabağ, "qarabağ" fk
futbol, qarabağ, "qarabağ" fk
“Frayburq” klubunu Bakıda altı yüz azarkeş dəstəkləyəcək
Matç noyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
BAKI, 2 noyabr — Sputnik. Almaniyanın “Frayburq” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turunda Ağdamın “Qarabağ” komandası ilə Bakıda keçiriləcək oyunda dəstəksiz qalmayacaq.
Qarşılaşma üçün Bakıya 600 azarkeş gələcək. Bu barədə "Frayburq" futbol klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, onlar Bakıya oyun günü yola düşəcəklər.
Qeyd edək ki, matç noyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
“Qarabağ” klubunun oyunu ilə əlaqədar üç stansiyanın iş vaxtı uzadılacaq.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, noyabrın 3-də “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində “Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
Bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar “Bakı Metropoliteni” QSC-nin əməliyyat planına uyğun olaraq, stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndiriləcək, stansiyada növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.
“Nərimanov” və “28 May” stansiyalarında ehtiyat tədbirlər görüləcək. Bundan əlavə, “Qarabağ” FK-nın müraciətinə uyğun olaraq, “Bakı Metropoliteni” QSC-nin verdiyi qərara əsasən, futbol matçını stadionda izləyəcək azarkeşlərin qarşılaşmadan sonra mənzil başına rahat çatmaları üçün “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında iş saatı 01:00-a qədər uzadılacaq.
Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.