Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"ın həlledici oyununu Çempionlar Liqasının rekorduna imza atan hakim idarə edəcək.

© AFP 2023 / ANDY RAINFutbol hakimi, arxiv şəkli
Futbol hakimi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2022
Abunə olmaq
Avropa Liqasının qrup mərhələsinin VI turunun Bakıda Ağdamın "Qarabağ " və Almaniyanın "Frayburq" komandaları arasında keçiriləcək matça Belarusdan olan hakimlər briqadası təyin olunub.
BAKI, 1 noyabr — Sputnik. Ağdamın "Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki həlledici oyununu Çempionlar Liqasının rekorduna imza atan hakim idarə edəcək.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa Liqasının qrup mərhələsinin VI turunun, o cümlədən "G" qrupunun Ağdamın "Qarabağ"ı ilə Almaniyanın "Frayburq" klubları arasında keçiriləcək oyununu idarə edəcək hakimlərin adlarını açıqlayıb.
Oyun cümə axşamı, noyabrın 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın startı Bakı vaxtı ilə saat 21:45-ə təyin edilib.
Qurban Qurbanovun komandasının qarşılaşmasını Aleksey Kulbakovun rəhbərlik etdiyi Belarusdan olan hakimlər briqadası idarə edəcək. Yan xətt hakimləri Dmitri Juk, Oleq Maslyanka ona kömək edəcək, dördüncü hakim Dmitri Dmitriyevdir.
Qeyd edək ki, Kulbakov əsas futbol avrokubokunda rekordun müəllifidir. Keçən ilin sentyabrında belaruslu hakim Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın "Sevilya"sı ilə Avstriyanın "Zalsburq" komandaları arasında keçirilən matçı (1:1) idarə edib, bu oyunda hakim birinci hissənin 41 dəqiqəsində dörd penalti təyin edib. Heç bir hakim Çempionlar Liqasında bu qədər qısa müddətdə bu qədər 11 metrlik zərbə təyin etməyib.
Qeyd edək ki, Kulbakov Azərbaycan futboluna da bələddir. Belə ki, o, 2011-ci ilin avqustunda Azərbaycan və Şimali Makedoniya yığmaları arasında keçirilmiş yoldaşlıq oyununda (0:1) hakimlik edib. 2014-cü ilin oktyabrında isə Kulbakov Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "İnter" matçına (0:2) təyinat alıb.
Sonuncu dəfə belaruslu referinin Azərbaycan futbolu ilə yolları 2016-cı ilin avqustunda Avropa Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin "Qəbələ" – Sloveniyanın "Maribor" (3:1) komandaları arasında keçirilən oyununu idarə edərkən kəsişib.
Onu da əlavə edək ki, Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq üçün "Qarabağ"a Bakıda Almaniyanın "Frayburq"u üzərində qələbə lazımdır və ya ümid Fransanın "Nant" komandasının Yunanıstanın "Olimpiakos"una uduzacağınadır. Final mərhələsi öncəsi G qrupunda vəziyyət belədir: "Frayburq" - 13, "Qarabağ" - 7, "Nant" - 6, "Olimpiakos" - 2.
Xəbər lenti
0