https://sputnik.az/20221101/azerbaycan-sahmatcisi-fde-reytinqinin-ilk-onlugunun-bir-addimligindadir-448117552.html
Azərbaycan şahmatçısı FİDE reytinqinin ilk onluğunun bir addımlığındadır
Azərbaycan şahmatçısı FİDE reytinqinin ilk onluğunun bir addımlığındadır
Sputnik Azərbaycan
İyirmi yaşadək gənclər arasında yenicə dünya çempionu olmuş Gövhər Beydullayeva FİDE-nin yenilənmiş reytinqində 30 pillə yüksəlib. 01.11.2022, Sputnik Azərbaycan
2022-11-01T17:26+0400
2022-11-01T17:26+0400
2022-11-01T17:26+0400
teymur rəcəbov
idman
şahmat
fide
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443530478_0:0:3071:1728_1920x0_80_0_0_be5cf25e5b299b91aee95383cf2f1960.jpg
BAKI, 1 noyabr — Sputnik. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yenilənmiş dünya reytinqində ilk onluğun bir addımlığındadır.Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabrın 1-nə planetin şahmatçılarının reytinqini açıqlayıb. Siyahıya əsasən, bu ilin yayından başlayaraq vaxta klassik nəzarətlə heç bir oyun keçirməyən Teymur Rəcəbov 5 pillə irəliləyərək 2747 xalla 11-ci yerdədir. 2019-cu il Dünya Kuboku qalibinin irəliləməsi əvvəllər ilk onluqda yer alan bir sıra şahmatçıların uğursuz oyunu ilə izah olunur.Azərbaycanın digər aparıcı qrossmeysteri Şəhriyar Məmmədyarovun isə 2741 xalı var və o, 14-cü pillədə qərarlaşıb. Planetin ən yaxşı 100 şahmatçısı sırasına müvafiq olaraq 78, 86, 100 və 102-ci yerləri tutan Arkadi Naydiç (2667), Qədir Hüseynov (2661), Rauf Məmmədov (2646) və Nicat Abasov (2646) da daxildir.Yeri gəlmişkən, rusiyalı qrossmeyster Sergey Karyakin FİDE reytinqinin ilk onluğuna qayıdıb. Bu il o, Ukrayna ilə bağlı mövqeyinə görə rəsmi turnirlərdə iştirakdan kənarlaşdırıldığı üçün vaxta klassik nəzarətlə demək olar ki, heç bir oyun keçirməyib.Şəxsi reytinqin ilk onluğu belədir: 1. Maqnus Karlsen (Norveç, 2859), 2. Din Lijen (Çin, 2811), 3. Yan Nepomnyaşiy (Rusiya, 2793), 4. Əlireza Firudja (Fransa, 2785), 5. Hikaru Nakamura (ABŞ, 2768), 6. Fabiano Karuana (ABŞ, 2766), 7. Aniş Giri (Hollandiya, 2764), 8. Uesli So (ABŞ, 2760), 9. Vişvanatan Anand (Hindistan, 2754), 10 Sergey Karyakin (Rusiya, 2747).Qadınların dünya reytinqində Azərbaycan şahmatçısı Günay Məmmədzadə 2472 xalla 20-ci pilləyə yüksəlib. 36 pillə yüksələn və hazırda 2387 xalla 62-ci yerdə olan 20 yaşadək gənclər arasında yenicə dünya çempionu olmuş Gövhər Beydullayevanı da qeyd etmək lazımdır. Bundan başqa, Ülviyyə Fətəliyeva (37-ci yer, 2428), Xanım Balacayeva (73, 2379), Gülnar Məmmədova (78, 2376) ilk 100-lükdə yer alıblar.Kişi şahmatçıların reytinqində Azərbaycan 2652 (ölkənin ən yaxşı 10 şahmatçısının orta reytinqi) göstəricisi ilə altıncı yeri tutmaqda davam edir. Ən güclü ölkələrin ilk onluğu belədir: 1. ABŞ (2726), 2. Rusiya (2711), 3. Hindistan (2698), 4. Çin (2688), 5. Ukrayna (2663), 6. Azərbaycan (2652) , 7. Fransa (2641), 8. Ermənistan (2635), 9. İspaniya (2631), 10. Hollandiya (2628).Qadınlardan ibarət şahmat komandalarının siyahısında Azərbaycan 2330 xalla 10-cu pilləyə yüksəlib. Qadınlardan ibarət ilk on komanda bunlardır: 1. Çin (2470), 2. Rusiya (2455), 3. Hindistan (2414), 4. Gürcüstan (2411), 5. Ukrayna (2397), 6. Polşa (2382) , 7 ABŞ (2348), 8. Almaniya (2345), 9. Fransa (2339), 10. Azərbaycan (2330).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443530478_0:0:2729:2047_1920x0_80_0_0_763054cde97636dd196e536e7eaf317d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
teymur rəcəbov, şahmat, fide
teymur rəcəbov, şahmat, fide
Azərbaycan şahmatçısı FİDE reytinqinin ilk onluğunun bir addımlığındadır
İyirmi yaşadək gənclər arasında yenicə dünya çempionu olmuş Gövhər Beydullayeva FİDE-nin yenilənmiş reytinqində 30 pillə yüksəlib.
BAKI, 1 noyabr — Sputnik. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yenilənmiş dünya reytinqində ilk onluğun bir addımlığındadır.
Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabrın 1-nə planetin şahmatçılarının reytinqini açıqlayıb. Siyahıya əsasən, bu ilin yayından başlayaraq vaxta klassik nəzarətlə heç bir oyun keçirməyən Teymur Rəcəbov 5 pillə irəliləyərək 2747 xalla 11-ci yerdədir. 2019-cu il Dünya Kuboku qalibinin irəliləməsi əvvəllər ilk onluqda yer alan bir sıra şahmatçıların uğursuz oyunu ilə izah olunur.
Azərbaycanın digər aparıcı qrossmeysteri Şəhriyar Məmmədyarovun isə 2741 xalı var və o, 14-cü pillədə qərarlaşıb. Planetin ən yaxşı 100 şahmatçısı sırasına müvafiq olaraq 78, 86, 100 və 102-ci yerləri tutan Arkadi Naydiç (2667), Qədir Hüseynov (2661), Rauf Məmmədov (2646) və Nicat Abasov (2646) da daxildir.
Yeri gəlmişkən, rusiyalı qrossmeyster Sergey Karyakin FİDE reytinqinin ilk onluğuna qayıdıb. Bu il o, Ukrayna ilə bağlı mövqeyinə görə rəsmi turnirlərdə iştirakdan kənarlaşdırıldığı üçün vaxta klassik nəzarətlə demək olar ki, heç bir oyun keçirməyib.
Şəxsi reytinqin ilk onluğu belədir: 1. Maqnus Karlsen (Norveç, 2859), 2. Din Lijen (Çin, 2811), 3. Yan Nepomnyaşiy (Rusiya, 2793), 4. Əlireza Firudja (Fransa, 2785), 5. Hikaru Nakamura (ABŞ, 2768), 6. Fabiano Karuana (ABŞ, 2766), 7. Aniş Giri (Hollandiya, 2764), 8. Uesli So (ABŞ, 2760), 9. Vişvanatan Anand (Hindistan, 2754), 10 Sergey Karyakin (Rusiya, 2747).
Qadınların dünya reytinqində Azərbaycan şahmatçısı Günay Məmmədzadə 2472 xalla 20-ci pilləyə yüksəlib. 36 pillə yüksələn və hazırda 2387 xalla 62-ci yerdə olan 20 yaşadək gənclər arasında yenicə dünya çempionu olmuş Gövhər Beydullayevanı da qeyd etmək lazımdır. Bundan başqa, Ülviyyə Fətəliyeva (37-ci yer, 2428), Xanım Balacayeva (73, 2379), Gülnar Məmmədova (78, 2376) ilk 100-lükdə yer alıblar.
Kişi şahmatçıların reytinqində Azərbaycan 2652 (ölkənin ən yaxşı 10 şahmatçısının orta reytinqi) göstəricisi ilə altıncı yeri tutmaqda davam edir. Ən güclü ölkələrin ilk onluğu belədir: 1. ABŞ (2726), 2. Rusiya (2711), 3. Hindistan (2698), 4. Çin (2688), 5. Ukrayna (2663), 6. Azərbaycan (2652) , 7. Fransa (2641), 8. Ermənistan (2635), 9. İspaniya (2631), 10. Hollandiya (2628).
Qadınlardan ibarət şahmat komandalarının siyahısında Azərbaycan 2330 xalla 10-cu pilləyə yüksəlib. Qadınlardan ibarət ilk on komanda bunlardır: 1. Çin (2470), 2. Rusiya (2455), 3. Hindistan (2414), 4. Gürcüstan (2411), 5. Ukrayna (2397), 6. Polşa (2382) , 7 ABŞ (2348), 8. Almaniya (2345), 9. Fransa (2339), 10. Azərbaycan (2330).