Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Anatoli Karpov huşsuz halda tapılaraq reanimasiyaya yerləşdirilib

© Sputnik / Нина ЗотинаМеждународный гроссмейстер, двенадцатый чемпион мира по шахматам Анатолий Карпов
Международный гроссмейстер, двенадцатый чемпион мира по шахматам Анатолий Карпов - Sputnik Azərbaycan, 1920, 31.10.2022
Abunə olmaq
Bir neçə gün əvvəl Karpov Bakıda onun karyerasına həsr edilmiş “Dünya çempionu” filminin təqdimatında iştirak edib.
BAKI, 31 oktyabr - Sputnik. Şahmat üzrə 12-ci dünya çempionu xəstəxanaya yerləşdirilib.
Məlumata görə, 71 yaşlı Anatoli Karpov, ötən şənbə huşsuz halda tapılıb və reanimasiyaya yerləşdirilib.
Onda qapalı baş-beyin travması və baldır sümüyünün sınığı aşkarlandığı və bərk sərxoş olduğu deyilir.
Bir neçə gün əvvəl Karpov Bakıda onun karyerasına həsr edilmiş “Dünya çempionu” filminin təqdimatında iştirak edib.
Karpov Rus şahmat qrossmeysteridir. O, Harri Kasparov tərəfindən məğlub edilənədək, 1975-ci ildən 1985-ci ilə qədər rəsmi olaraq dünya çempionu sayılıb.
1993-cü ildə Kasparova qalib gələrək yenidən dünya çempionu olub. 1986–1990-cı illər arasında Kasparova qarşı 3 oyun oynayib. O, FİDE-nin yeni dünya çempionluğu qaydalarına etiraz edərək çempionluq adından imtina etdiyi üçün bu adı 1999-cu ilə qədər əlində saxlaya bilib.
Karpov dünya şahmat elitası arasinda çempion adını 10 il qoruya bildiyi üçün tarixin ən böyük şahmatçılarından biri sayılır. Onun turnir uğurları 160-dan çox birinci yer ilə bitirməkdən ibarətdir. Karyerasının ən yüksək dövründə Karpov 2780 Elo reytinqi ilə FİDE-nin sıralamasında 1970-ci ildəki acıqlamadan sonra 90 ay boyunca birinci pillədə olub.
Karpov 2005-ci ildən Rusiya İcimai Palatasının üzvüdür. O, son zamanlar humanitar layihələrin, eləcə də yodlaşdırılmış duzun istifadəsini müdafiə edib. 2012-ci ilin dekabrın 17-si, Karpov Rusiya Dumasının ABŞ vətəndaşlarının rus kimsəsizlərini övladlığa götürməsini qadağan edən qanununu dəstəkləyib.
Xəbər lenti
0