Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Fransada "Qarabağ"a nə qədər azarkeş dəstək olacaq

© Sputnik / Murad OrujovAvropa Liqasının qrup mərhələsində "Qarabağ" - "Olimpiakos" matçında oyun anı
Avropa Liqasının qrup mərhələsində Qarabağ - Olimpiakos matçında oyun anı - Sputnik Azərbaycan, 1920, 26.10.2022
Abunə olmaq
Avropa Liqasının qrup mərhələsinin başa çatmasına iki tur qalmış Qurban Qurbanovun yetirmələri 7 xal toplayıb və öz kvartetində ikinci pillədə qərarlaşıb.
BAKI, 26 oktyabr - Sputnik. Ağdamın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa “Nant”ı ilə səfər oyununda dəstəksiz qalmayacaq. Avropa Liqasının “G” qrupunun V turunun Fransanın “Nant”ı ilə Ağdam “Qarabağ”ı arasında cümə axşamı, oktyabrın 27-də saat 12:00-da "La Beaujoire" stadionunda keçiriləcək görüşündə Qurban Qurbanovun komandasını 500 azərbaycanlı azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Onların arasında həm Azərbaycandan olan azarkeşlər, həm də Fransada yaşayan soydaşlarımız var.
Dördüncü turdan sonra “Qarabağ” yeddi xalla G qrupunda ikinci, “Nant” isə üç xalla üçüncüdür.
On iki xalı olan Almaniya "Frayburq"unun lideri, Yunanıstanın "Olimpiakos"u isə 1 xalla turnir cədvəlini qapayır.
"Nant" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xəbər lenti
0