Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan idmançısı Afrika kubokunun qalibi olub

© Photo : Facebook / Oksana VolosiukAzərbaycan triatlonçusu Rostislav Pevtsov
Azərbaycan triatlonçusu Rostislav Pevtsov - Sputnik Azərbaycan, 1920, 24.10.2022
Abunə olmaq
Triatlon üzrə Azərbaycan yığmasının lideri Rostislav Pevtsov Mərakeşdə keçirilən turnirdə birincilik uğrunda mübarizədə Almaniya və İspaniyadan olan rəqiblərini qabaqlayıb.
BAKI, 24 oktyabr - Sputnik. Azərbaycan idmançısı Rostislav Pevtsov triatlon üzrə Afrika kubokunun sahibi olub.
Mərakeşin Tanjer şəhərində sprint növü üzrə triatlon üzrə Afrika Kuboku yarışı keçirilib və onun qalibi Azərbaycan komandasının lideri Rostislav Pevtsov olub. O, 750 m su məsafəsini, 20 km velosiped və 5 km qaçışı cəmi 53,3 dəqiqəyə başa vuraraq rəqiblərini geridə qoyub.
Pevtsovla birlikdə gümüş və bürünc medal qazanan almaniyalı Yanik Şaffler və ispaniyalı Anxel Sançes Kareas fəxri kürsünün sahibi olublar.
Qeyd edək ki, Pevtsov üçün hazıırkı qələbə bu il belə yarışlarda ilk qələbəsidir. O, sonuncu dəfə 2021-ci ilin aprelində Ukraynada keçirilən Avropa Kubokunda qalib gəlib.
Xəbər lenti
0