https://sputnik.az/20221023/gulescimiz-u-23-dunya-cempionatda-gumus-medal-qazanib-447794440.html
Güləşçimiz U-23 dünya çempionatda gümüş medal qazanıb
Güləşçimiz U-23 dünya çempionatda gümüş medal qazanıb
Sputnik Azərbaycan
Sərbəst güləş üzrə Azərbaycanın milli komandası dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub. 23.10.2022, Sputnik Azərbaycan
2022-10-23T23:21+0400
2022-10-23T23:21+0400
2022-10-23T23:21+0400
idman
sərbəst güləş
azərbaycan
gümüş medal
https://cdnn1.img.sputnik.az/img/42179/74/421797456_0:0:1000:563_1920x0_80_0_0_e42cc713f0e45236eaba0fabe6914493.jpg
BAKI, 23 oktyabr - Sputnik. Sərbəst güləşçimiz Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata görə, çempionatda 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz startda kolumbiyalı Sebastyan Rodrigesə heç bir şans tanımayıb - 13:2.Yığmamızın üzvü səkkizdəbir finalda Şri-Lanka təmsilçisi Kusumsiri Palamureyə də vaxtından əvvəl qalib gəlib - 10:0.X.Qadjiyev ermənistanlı Hrayr Alixanyana 4:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Daha sonra moldovalı Vasili Diakonu minimal fərqlə (4:3) üstələyən X.Qadjiyev adını finala yazdırıb.Təmsilçimiz həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşıb və 2:5 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.Beləliklə, sərbəst güləş üzrə millimiz dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42179/74/421797456_108:0:888:585_1920x0_80_0_0_b612786a3c22036ad1711c308b4e61d7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərbəst güləş, azərbaycan, gümüş medal
sərbəst güləş, azərbaycan, gümüş medal
Güləşçimiz U-23 dünya çempionatda gümüş medal qazanıb
Sərbəst güləş üzrə Azərbaycanın milli komandası dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub.
BAKI, 23 oktyabr - Sputnik. Sərbəst güləşçimiz Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.
Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata görə, çempionatda 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz startda kolumbiyalı Sebastyan Rodrigesə heç bir şans tanımayıb - 13:2.
Yığmamızın üzvü səkkizdəbir finalda Şri-Lanka təmsilçisi Kusumsiri Palamureyə də vaxtından əvvəl qalib gəlib - 10:0.
X.Qadjiyev ermənistanlı Hrayr Alixanyana 4:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Daha sonra moldovalı Vasili Diakonu minimal fərqlə (4:3) üstələyən X.Qadjiyev adını finala yazdırıb.
Təmsilçimiz həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşıb və 2:5 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
Beləliklə, sərbəst güləş üzrə millimiz dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub.