https://sputnik.az/20221022/azerbaycanli-qadin-sahmatci-dunya-cempionu-olub-447749786.html
Azərbaycanlı qadın şahmatçı dünya çempionu olub
Azərbaycanlı qadın şahmatçı dünya çempionu olub
Sputnik Azərbaycan
Dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. 22.10.2022, Sputnik Azərbaycan
2022-10-22T11:13+0400
2022-10-22T11:13+0400
2022-11-01T15:18+0400
idman
şahmat
dünya çempionu
qadın
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/11/447535955_0:0:1000:563_1920x0_80_0_0_2b6d165fd855a8d62ef8f928b6d6da61.jpg
BAKI, 22 oktyabr - Sputnik. İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında qadınların yarışında son tur ərəfəsində çempion məlum olub.Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, X turda qızlar arasında yarışan Azərbaycan təmsilçisi Gövhər Beydullayeva sloveniyalı Zala Urh, Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə heç-heçə oynayıb.Bu nəticədən sonra Beydullayeva 20 yaşa qədər şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib. O, bu qələbə ilə Azərbaycan şahmatı tarixində 20 yaşlılar arasında dünya çempionu olan ilk qadın idmançı kimi tarixə düşüb.Oğlanlar arasında Abdulla Qədimbəyli 10-cu turda macarıstanlı Adam Kozakla heç-heçə edib, Məhəmməd Muradlı isə israilli Yair Parkhova qalib gəlib. Son tur ərəfəsində A.Qədimbəyli 7.5 xalla ikinci pillədə qərarlaşıb. Həmyerlimiz lider Adam Kozakdan (Macarıstan) yarım xal geri qalır. 11-ci turda Abdulla Qədimbəyli ağ fiqurlarla digər azərbaycanlı komanda yoldaşı Məhəmməd Muradlı ilə qarşılaşacaq.Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Reqlamentə görə xallar bərabər olacağı halda şəxsi görüşlər nəzərə alınır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/11/447535955_37:0:925:666_1920x0_80_0_0_6f1b88d1700bd0092cb1880c89d6fda6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahmat, dünya çempionu, qadın
şahmat, dünya çempionu, qadın
Azərbaycanlı qadın şahmatçı dünya çempionu olub
11:13 22.10.2022 (Yenilənib: 15:18 01.11.2022) Dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir.
BAKI, 22 oktyabr - Sputnik. İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında qadınların yarışında son tur ərəfəsində çempion məlum olub.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, X turda qızlar arasında yarışan Azərbaycan təmsilçisi Gövhər Beydullayeva sloveniyalı Zala Urh, Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə heç-heçə oynayıb.
Bu nəticədən sonra Beydullayeva 20 yaşa qədər şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib. O, bu qələbə ilə Azərbaycan şahmatı tarixində 20 yaşlılar arasında dünya çempionu olan ilk qadın idmançı kimi tarixə düşüb.
Oğlanlar arasında Abdulla Qədimbəyli 10-cu turda macarıstanlı Adam Kozakla heç-heçə edib, Məhəmməd Muradlı isə israilli Yair Parkhova qalib gəlib. Son tur ərəfəsində A.Qədimbəyli 7.5 xalla ikinci pillədə qərarlaşıb. Həmyerlimiz lider Adam Kozakdan (Macarıstan) yarım xal geri qalır. 11-ci turda Abdulla Qədimbəyli ağ fiqurlarla digər azərbaycanlı komanda yoldaşı Məhəmməd Muradlı ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Reqlamentə görə xallar bərabər olacağı halda şəxsi görüşlər nəzərə alınır.