https://sputnik.az/20221022/azerbaycanin-qadin-bokscusu-avropa-cempionatinin-finalina-yukselib-447752787.html
Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib
Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib
Sputnik Azərbaycan
Qeyd edək ki, 30 ölkədən 154 boksçu qatıldığı Avropa çempionatına bu gün yekun vurulacaq. 22.10.2022, Sputnik Azərbaycan
2022-10-22T13:59+0400
2022-10-22T13:59+0400
2022-10-22T13:59+0400
boks
idman
final
https://cdnn1.img.sputnik.az/img/42270/02/422700281_0:320:3073:2048_1920x0_80_0_0_634c76fa1f23cfc226ba0f41d460d79d.jpg
BAKI, 22 oktyabr - Sputnik. Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib."Report"un məlumatına görə, finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.Komandamızın heyətində Aynur Rzayeva (+81 kq) Darya Kozoreslə (Moldova) üz-üzə gəlib. Avropa çempionatının bürünc medalçısı bu dəfə daha yaxşı nəticə göstərib. Rzayeva rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək finala yüksəlib. Bununla da Azərbaycan 6 ildən sonra Avropa çempionatının həlledici mərhələsində təmsil olunacaq. Aynur finalda ukraynalı Mariya Lovçinska ilə döyüşəcək.Millimizin digər boksçusu Anaxanım İsmayılova (50 kq) isə bürünc medalla kifayətlənib. 1/4 finalda Yaroslava Marinçuku (Ukrayna) məğlub edən idmançı yarımfinalda irlandiyalı Katlin Fryerslə qarşılaşıb və rəqib finala yüksəldiyindən təmsilçimiz 3-cü yeri tutub.Qeyd edək ki, 30 ölkədən 154 boksçu qatıldığı Avropa çempionatına bu gün yekun vurulacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42270/02/422700281_0:0:2731:2048_1920x0_80_0_0_d41e6ff7b5a5e5da72a0f597419f366f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boks, final
Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib
Qeyd edək ki, 30 ölkədən 154 boksçu qatıldığı Avropa çempionatına bu gün yekun vurulacaq.
BAKI, 22 oktyabr - Sputnik. Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib.
"Report"un məlumatına görə, finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.
Komandamızın heyətində Aynur Rzayeva (+81 kq) Darya Kozoreslə (Moldova) üz-üzə gəlib. Avropa çempionatının bürünc medalçısı bu dəfə daha yaxşı nəticə göstərib. Rzayeva rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək finala yüksəlib. Bununla da Azərbaycan 6 ildən sonra Avropa çempionatının həlledici mərhələsində təmsil olunacaq. Aynur finalda ukraynalı Mariya Lovçinska ilə döyüşəcək.
Millimizin digər boksçusu Anaxanım İsmayılova (50 kq) isə bürünc medalla kifayətlənib. 1/4 finalda Yaroslava Marinçuku (Ukrayna) məğlub edən idmançı yarımfinalda irlandiyalı Katlin Fryerslə qarşılaşıb və rəqib finala yüksəldiyindən təmsilçimiz 3-cü yeri tutub.
Qeyd edək ki, 30 ölkədən 154 boksçu qatıldığı Avropa çempionatına bu gün yekun vurulacaq.