Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Boks üzrə Azərbaycan çempionatında bəzi yarımfinalçılar müəyyənləşib

© pixabay / McabilityBoks əlcəkləri, arxiv şəkli
Boks əlcəkləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.10.2022
Abunə olmaq
Boks Mərkəzində keçirilən ölkə çempionatına oktyabrın 25-də yekun vurulacaq.
BAKI, 21 oktyabr - Sputnik. Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. Azərtac xəbər verir ki, 38 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil olunun yarışda bu gün dörddəbir final mərhələsinə start verilib.
Keçirilən 20 döyüşün nəticəsinə əsasən beş çəki dərəcəsi üzrə yarımfinalçılar bəlli olub. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər.
© Photo : REPORTBoks üzrə çempionat, arxiv şəkli
Boks üzrə Avropa çempionatı - Sputnik Azərbaycan, 1920, 21.10.2022
Boks üzrə çempionat, arxiv şəkli
Yığma üzvlərindən Ümid Rüstəmov, Maqsud Xasmetov, Nəbi İsgəndərov, Sərxan Əliyev, Mirşərif Kazımzadə və Eldar Quliyev dörddəbir final mərhələsini uğurla adlayıblar.
Qeyd edək ki, bu mərhələnin döyüşlərinə sabah yekun vurulacaq.
Azərbaycan Boks Federasiyasından verilən xəbərə görə, yarışda 38 komandanın 146 idmançısı qatılıb.
Qeyd edək ki, ölkə çempionatına oktyabrın 25-də yekun vurulacaq.
Xəbər lenti
0