https://sputnik.az/20221020/lham-eliyev-turkiye-dunya-miqyasinda-guc-merkezine-cevrilib-447698570.html
İlham Əliyev: Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib
İlham Əliyev: Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib
Sputnik Azərbaycan
Keçən il Şuşa Bəyannaməsinin imzalandığını xatırladan dövlətimizin başçısı deyib ki, bununla da Türkiyə və Azərbaycan rəsmən bütün sahələrdə müttəfiq oldu 20.10.2022, Sputnik Azərbaycan
2022-10-20T20:17+0400
2022-10-20T20:17+0400
2022-10-20T20:27+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
azərbaycan
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/14/447695404_0:172:3030:1876_1920x0_80_0_0_03007b7b50c4ee22fd7e7f2591f6d20c.jpg
BAKI, 20 oktyabr - Sputnik. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Yəqin ki, siz də görürsünüz, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyəti və zəmanəmizin tələbidir.Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında söyləyib.“Bu gün əziz qardaşımızın böyük heyətlə, hökumət nümayəndələri ilə burada olması bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi bir yerdəyik və bir yerdə olacağıq. Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı ilə və icazəsi ilə aparılacaq. Siyasi təşəbbüslər, iqtisadi, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıb”, - deyə dövlətimizin başçısı qeyd edib."Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə son illər böyük, uğurlu yol keçib, dünya miqyasında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır", - İlham Əliyev əlavə edib.“Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir və hər kəs bununla hesablaşmalıdır. Hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür”, - deyə dövlətimizin başçısı vurğulayıb.Prezidentin sözlərinə görə, bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir: "Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır. Bu, bizim üçün böyük xoşbəxtlikdir və İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi".Keçən il Şuşa Bəyannaməsinin imzalandığını xatırladan dövlətimizin başçısı deyib ki, bununla da Türkiyə və Azərbaycan rəsmən bütün sahələrdə müttəfiq oldu: “Bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir faktordur. Bu, sülh, sabitlik faktorudur, ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu faktoru ciddi nəzərə almalıdır”.
https://sputnik.az/20221020/erdogan-azerbaycan-kullerinden-dogaraq-yeniden-ayaga-qalxir-447698353.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/14/447695404_151:0:2880:2047_1920x0_80_0_0_6b304305ea1aaf40d75fdb20e50988e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, azərbaycan, türkiyə
prezident ilham əliyev, azərbaycan, türkiyə
İlham Əliyev: Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib
20:17 20.10.2022 (Yenilənib: 20:27 20.10.2022) Keçən il Şuşa Bəyannaməsinin imzalandığını xatırladan dövlətimizin başçısı deyib ki, bununla da Türkiyə və Azərbaycan rəsmən bütün sahələrdə müttəfiq oldu
BAKI, 20 oktyabr - Sputnik. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Yəqin ki, siz də görürsünüz, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyəti və zəmanəmizin tələbidir.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında söyləyib.
“Bu gün əziz qardaşımızın böyük heyətlə, hökumət nümayəndələri ilə burada olması bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi bir yerdəyik və bir yerdə olacağıq. Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı ilə və icazəsi ilə aparılacaq. Siyasi təşəbbüslər, iqtisadi, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıb”, - deyə dövlətimizin başçısı qeyd edib.
"Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə son illər böyük, uğurlu yol keçib, dünya miqyasında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır", - İlham Əliyev əlavə edib.
“Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir və hər kəs bununla hesablaşmalıdır. Hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezidentin sözlərinə görə, bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir: "Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır. Bu, bizim üçün böyük xoşbəxtlikdir və İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi".
Keçən il Şuşa Bəyannaməsinin imzalandığını xatırladan dövlətimizin başçısı deyib ki, bununla da Türkiyə və Azərbaycan rəsmən bütün sahələrdə müttəfiq oldu: “Bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir faktordur. Bu, sülh, sabitlik faktorudur, ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu faktoru ciddi nəzərə almalıdır”.