https://sputnik.az/20221020/erdogan-azerbaycan-kullerinden-dogaraq-yeniden-ayaga-qalxir-447698353.html
Ərdoğan: Azərbaycan küllərindən doğaraq yenidən ayağa qalxır
Ərdoğan: Azərbaycan küllərindən doğaraq yenidən ayağa qalxır
Sputnik Azərbaycan
Türkiyə Prezidenti: Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara qayıtmağa başlaması bizi çox sevindirir 20.10.2022, Sputnik Azərbaycan
2022-10-20T19:55+0400
2022-10-20T19:55+0400
2022-10-20T19:57+0400
qarabağ
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/14/447693690_0:173:2472:1564_1920x0_80_0_0_4198f43b8e32a4b4fd2097dcf71fac47.jpg
BAKI, 20 oktyabr - Sputnik. Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara geri qayıtmağa başlaması da bizi həddindən artıq sevindirir. Böyük Qayıdış prosesi çərçivəsində azərbaycanlı qardaşlarımızın “Ağıllı kənd” konsepsiyası əsasında inşa edilən Ağalı kəndində məskunlaşması ilə Vətən həsrətinin başa çatdığını görürük.Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib.“Ağalı kəndini gördük, oraya bundan sonra kənd deyə bilmərik. Ora artıq müasir bir şəhər kimi inkişaf edir. Onun yanında “Dost Aqropark”ı gördük, orada həm kənd təsərrüfatı, həm də heyvandarlıq sahəsində həqiqətən çox mühüm addım atılıb. Bir il əvvəl təməlqoyma mərasiminə gələndə ora çox fərqli bir ərazi idi. Amma indi bu ərazinin necə dirçəldildiyini gördük. Bu istiqamətdə görülən işlər həqiqətən də Böyük Qayıdış layihəsinin həyata keçirilməsidir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.Ərdoğan əlavə edib: "Dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir. Viadukları, körpüləri, dəmir yolları, avtomobil yolları, magistralları ilə yenidən bir Azərbaycan inşa edilir. Biz bunları indi yaşayırıq, görürük".Türkiyə Prezidenti deyib: “Təbii ki, başda qardaşım İlham Əliyev olmaqla, bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə bu qədər qısa müddətdə Azərbaycan, necə deyərlər, küllərindən doğaraq yenidən ayağa qalxır. Zəngilanda açılışını etdiyimiz beynəlxalq hava limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm layihədə türk şirkətlərinin də rol alması bizim üçün ayrıca iftixar mənbəyidir”.Onun sözlərinə görə, "işğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil".“İndi sağa, sola baxıram, işğal dövründə Cəbrayılı nə hala salıblar. Mən qardaşımdan soruşdum, dedim, bu dünyadakı ATƏT, Avropa İttifaqı buraları gəlib görmədilərmi? Dedi ki, yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində onlar nələr törədildiyini bilirlər”, - deyə Türkiyə Prezidenti qeyd edib.Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, bu işləri mütləq ədalət mühakiməsinə vermək, bunların təzminatını tələb etmək lazımdır: “Onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq”.
https://sputnik.az/20221020/zengilan-beynelxalq-hava-limaninin-acilis-merasimi-olub-447666730.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/14/447693690_0:97:2472:1951_1920x0_80_0_0_9b602c797a937af7d63edd89bd6d2d0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Ərdoğan: Azərbaycan küllərindən doğaraq yenidən ayağa qalxır
19:55 20.10.2022 (Yenilənib: 19:57 20.10.2022) Türkiyə Prezidenti: Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara qayıtmağa başlaması bizi çox sevindirir
BAKI, 20 oktyabr - Sputnik. Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara geri qayıtmağa başlaması da bizi həddindən artıq sevindirir. Böyük Qayıdış prosesi çərçivəsində azərbaycanlı qardaşlarımızın “Ağıllı kənd” konsepsiyası əsasında inşa edilən Ağalı kəndində məskunlaşması ilə Vətən həsrətinin başa çatdığını görürük.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib.
“Ağalı kəndini gördük, oraya bundan sonra kənd deyə bilmərik. Ora artıq müasir bir şəhər kimi inkişaf edir. Onun yanında “Dost Aqropark”ı gördük, orada həm kənd təsərrüfatı, həm də heyvandarlıq sahəsində həqiqətən çox mühüm addım atılıb. Bir il əvvəl təməlqoyma mərasiminə gələndə ora çox fərqli bir ərazi idi. Amma indi bu ərazinin necə dirçəldildiyini gördük. Bu istiqamətdə görülən işlər həqiqətən də Böyük Qayıdış layihəsinin həyata keçirilməsidir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan əlavə edib: "Dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir. Viadukları, körpüləri, dəmir yolları, avtomobil yolları, magistralları ilə yenidən bir Azərbaycan inşa edilir. Biz bunları indi yaşayırıq, görürük".
Türkiyə Prezidenti deyib: “Təbii ki, başda qardaşım İlham Əliyev olmaqla, bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə bu qədər qısa müddətdə Azərbaycan, necə deyərlər, küllərindən doğaraq yenidən ayağa qalxır. Zəngilanda açılışını etdiyimiz beynəlxalq hava limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm layihədə türk şirkətlərinin də rol alması bizim üçün ayrıca iftixar mənbəyidir”.
Onun sözlərinə görə, "işğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil".
“İndi sağa, sola baxıram, işğal dövründə Cəbrayılı nə hala salıblar. Mən qardaşımdan soruşdum, dedim, bu dünyadakı ATƏT, Avropa İttifaqı buraları gəlib görmədilərmi? Dedi ki, yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində onlar nələr törədildiyini bilirlər”, - deyə Türkiyə Prezidenti qeyd edib.
Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, bu işləri mütləq ədalət mühakiməsinə vermək, bunların təzminatını tələb etmək lazımdır: “Onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq”.