https://sputnik.az/20221018/miqrasiya-orqanlarinin-iscileri-her-ay-maaslarinin-11-misli-mebleginde-elave-alacaqlar-447585405.html
Miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində əlavə alacaqlar
Miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində əlavə alacaqlar
Sputnik Azərbaycan
Digər dəyişikliklə, miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əməkhaqqı həcmində müavinətin ödənilməsi ləğv olunur 18.10.2022, Sputnik Azərbaycan
2022-10-18T14:33+0400
2022-10-18T14:33+0400
2022-10-18T14:34+0400
miqrasiya
cəmiyyət
maaş
https://cdnn1.img.sputnik.az/img/42221/67/422216769_0:0:3073:1728_1920x0_80_0_0_9efb0493ee80a1da2f9adbb0318bbc7e.jpg
BAKI, 18 oktyabr - Sputnik. Miqrasiya orqanlarının işçilərinə məzuniyyətə çıxarkən ödənilən iki aylıq əməkhaqqı həcmində müavinət ləğv olunur.Milli Məclisin bu gün keçirilən iclasında “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilib.Belə ki, Əsasnamənin 80-ci bəndinə edilən dəyişikliklə miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı "Tibbi sığorta haqqında" qanuna uyğun olaraq həyata keçiriləcək.Sənədin hazırkı varinatında isə qeyd olunub ki, miqrasiya orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Miqrasiya orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir.Digər dəyişikliklə, miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinətin ödənilməsi ləğv olunur. Əsasnamənin 90-cı bəndində edilən dəyişikliklə, miqrasiya orqanlarının işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.Sənədin hazırkı varinatında bildirilib ki, miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əməkhaqqının ikiqat həcmində maddi yardım göstərilə bilər.Dəyişikliklər 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
https://sputnik.az/20221018/azerbaycanda-ombudsmanin-selahiyyetleri-genislendirilir-447581939.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42221/67/422216769_0:0:2731:2048_1920x0_80_0_0_ff2707dd84bd64c6f1e9de00b919253e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
miqrasiya, maaş
Miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində əlavə alacaqlar
14:33 18.10.2022 (Yenilənib: 14:34 18.10.2022) Digər dəyişikliklə, miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əməkhaqqı həcmində müavinətin ödənilməsi ləğv olunur
BAKI, 18 oktyabr - Sputnik. Miqrasiya orqanlarının işçilərinə məzuniyyətə çıxarkən ödənilən iki aylıq əməkhaqqı həcmində müavinət ləğv olunur.
Milli Məclisin bu gün keçirilən iclasında “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilib.
Belə ki, Əsasnamənin 80-ci bəndinə edilən dəyişikliklə miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı "Tibbi sığorta haqqında" qanuna uyğun olaraq həyata keçiriləcək.
Sənədin hazırkı varinatında isə qeyd olunub ki, miqrasiya orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Miqrasiya orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir.
Digər dəyişikliklə, miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinətin ödənilməsi ləğv olunur. Əsasnamənin 90-cı bəndində edilən dəyişikliklə, miqrasiya orqanlarının işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
Sənədin hazırkı varinatında bildirilib ki, miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əməkhaqqının ikiqat həcmində maddi yardım göstərilə bilər.
Dəyişikliklər 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.