https://sputnik.az/20221018/dc-2022-mundial-istirakcilarinin-azerbaycan-premyer-liqasindaki-temsilcileri-447593018.html
DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri
DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri
Sputnik Azərbaycan
Azərbaycan klublarından hansısa legionerin turnirdə iştirakı çətin görünsə də, DÇ-2022 iştirakçılarından yarısının təmsilçisi Premyer Liqada çıxış edir. 18.10.2022, Sputnik Azərbaycan
2022-10-18T19:46+0400
2022-10-18T19:46+0400
2022-10-18T19:46+0400
futbol
idman
qətər
dünya çempionatı
azərbaycan
legioner
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440846374_0:262:2500:1668_1920x0_80_0_0_d8315a4ed772ad5ca1d5a0fe723fbad6.jpg
BAKI, 18 oktyabr — Sputnik. Noyabrın 20-də Qətərdə futbol üzrə dünya çempionatına start veriləcək. 28 gün davam edəcək mundialda 32 milli komanda titul uğrunda mübarizə aparacaq.Report xəbər verir ki, Azərbaycan klublarından hansısa legionerin turnirdə iştirakı çətin görünsə də, DÇ-2022 iştirakçılarından yarısının təmsilçisi Premyer Liqada çıxış edir.Ölkə çempionatında top qovan əcnəbi futbolçulardan 41-i turnir vaxtı, uzaqdan da olsa, öz yığmalarına azarkeşlik edəcəklər.Premyer Liqada ən çox futbolçu ilə təmsil olunan mundial iştirakçısı Braziliyadır. Ölkə futbolunun elitasında ümumilikdə 11 "sambaçı" oynayır. Onlardan 4-ü "Qəbələ"nin, 3-ü "Qarabağ"ın, hərəyə biri isə "Sabah", "Neftçi", "Zirə" və "Səbail"in payına düşür.İkinci sırada hərəyə 4 futbolçu ilə Serbiya və Portuqaliya qərarlaşıb. Azərbaycanda Fransa, İspaniya və Xorvatiyanın 3, Niderland, Argentina və Qananın 2 oyunçusu çıxış edir. Premyer Liqada Seneqal, İngiltərə, İran, ABŞ, Almaniya, Belçika və Kamerundan isə hərəyə bir futbolçu legioner həyatı yaşayır.A qrupu: Qətər, Ekvador, Seneqal, NiderlandSeneqal - Mamadu Mboc ("Neftçi")Niderland - Məhəmməd Hamdui ("Zirə"), Stiven Pereyra ("Sumqayıt")B qrupu: İngiltərə, İran, ABŞ, Uelsİngiltərə - Natan Oduva ("Turan Tovuz")İran - Peyman Keşavarzi ("Kəpəz")ABŞ - Kenni Sayef ("Neftçi")C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, PolşaArgentina - Fakundo Kardozo, Franko Mazurek (hər ikisi "Səbail")D qrupu: Fransa, Avstraliya, Danimarka, TunisFransa - Abdullah Zubir ("Qarabağ"), Moiz Adileu, Hamidu Keyta (hər ikisi "Zirə")E qrupu: İspaniya, Kosta Rika, Almaniya, Yaponiyaİspaniya - Con İrasabal, Kristian Sebalyos (hər ikisi "Sabah"), Kristof Atanqana ("Qəbələ")Almaniya - Coy-Lens Mikels ("Sabah")F qrupu: Belçika, Kanada, Mərakeş, XorvatiyaBelçika - Loris Bronyo ("Zirə")Xorvatiya - Filip Ozobiç ("Qarabağ"), İvan Brkiç ("Neftçi"), Daniel Damiçiç ("Sumqayıt")G qrupu: Braziliya, Serbiya, İsveçrə, KamerunBraziliya - Riçard Almeyda, Julio Romao, Kadi Borges (hər üçü "Qarabağ"), Kristian da Silva ("Sabah"), Gilyerme Pato ("Neftçi"), Filipe Paxtman ("Zirə"), Ruan Renato, Felipe Santos, Rafael Utziq, Ramon Maçado (hamısı "Qəbələ"), Qustavo de Fransa ("Səbail")Serbiya - Boyan Letiç ("Sabah"), Voislav Stankoviç ("Neftçi"), Nemanya Ancelkoviç, Andriya Lukoviç (hər ikisi "Zirə")Kamerun - Runi Eva ("Turan Tovuz")H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi KoreyaPortuqaliya - Toni Qomes ("Zirə"), Filipe Çabi ("Sumqayıt"), Qoba Zakpa, Kizito Luvaqa ("Səbail")Qana - Ovusu Kvabena ("Qarabağ"), Qodsvey Donyo ("Neftçi")
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440846374_0:0:2224:1668_1920x0_80_0_0_62d248311917e4f02e8584f1f9e229f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbol, qətər, dünya çempionatı, azərbaycan, legioner
futbol, qətər, dünya çempionatı, azərbaycan, legioner
DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri
Azərbaycan klublarından hansısa legionerin turnirdə iştirakı çətin görünsə də, DÇ-2022 iştirakçılarından yarısının təmsilçisi Premyer Liqada çıxış edir.
BAKI, 18 oktyabr — Sputnik. Noyabrın 20-də Qətərdə futbol üzrə dünya çempionatına start veriləcək. 28 gün davam edəcək mundialda 32 milli komanda titul uğrunda mübarizə aparacaq.
Report xəbər verir ki, Azərbaycan klublarından hansısa legionerin turnirdə iştirakı çətin görünsə də, DÇ-2022 iştirakçılarından yarısının təmsilçisi Premyer Liqada çıxış edir.
Ölkə çempionatında top qovan əcnəbi futbolçulardan 41-i turnir vaxtı, uzaqdan da olsa, öz yığmalarına azarkeşlik edəcəklər.
Premyer Liqada ən çox futbolçu ilə təmsil olunan mundial iştirakçısı Braziliyadır. Ölkə futbolunun elitasında ümumilikdə 11 "sambaçı" oynayır. Onlardan 4-ü "Qəbələ"nin, 3-ü "Qarabağ"ın, hərəyə biri isə "Sabah", "Neftçi", "Zirə" və "Səbail"in payına düşür.
İkinci sırada hərəyə 4 futbolçu ilə Serbiya və Portuqaliya qərarlaşıb. Azərbaycanda Fransa, İspaniya və Xorvatiyanın 3, Niderland, Argentina və Qananın 2 oyunçusu çıxış edir. Premyer Liqada Seneqal, İngiltərə, İran, ABŞ, Almaniya, Belçika və Kamerundan isə hərəyə bir futbolçu legioner həyatı yaşayır.
A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland
Seneqal - Mamadu Mboc ("Neftçi")
Niderland - Məhəmməd Hamdui ("Zirə"), Stiven Pereyra ("Sumqayıt")
B qrupu: İngiltərə, İran, ABŞ, Uels
İngiltərə - Natan Oduva ("Turan Tovuz")
İran - Peyman Keşavarzi ("Kəpəz")
ABŞ - Kenni Sayef ("Neftçi")
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa
Argentina - Fakundo Kardozo, Franko Mazurek (hər ikisi "Səbail")
D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis
Fransa - Abdullah Zubir ("Qarabağ"), Moiz Adileu, Hamidu Keyta (hər ikisi "Zirə")
E qrupu: İspaniya, Kosta Rika, Almaniya, Yaponiya
İspaniya - Con İrasabal, Kristian Sebalyos (hər ikisi "Sabah"), Kristof Atanqana ("Qəbələ")
Almaniya - Coy-Lens Mikels ("Sabah")
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya
Belçika - Loris Bronyo ("Zirə")
Xorvatiya - Filip Ozobiç ("Qarabağ"), İvan Brkiç ("Neftçi"), Daniel Damiçiç ("Sumqayıt")
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun
Braziliya - Riçard Almeyda, Julio Romao, Kadi Borges (hər üçü "Qarabağ"), Kristian da Silva ("Sabah"), Gilyerme Pato ("Neftçi"), Filipe Paxtman ("Zirə"), Ruan Renato, Felipe Santos, Rafael Utziq, Ramon Maçado (hamısı "Qəbələ"), Qustavo de Fransa ("Səbail")
Serbiya - Boyan Letiç ("Sabah"), Voislav Stankoviç ("Neftçi"), Nemanya Ancelkoviç, Andriya Lukoviç (hər ikisi "Zirə")
Kamerun - Runi Eva ("Turan Tovuz")
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya
Portuqaliya - Toni Qomes ("Zirə"), Filipe Çabi ("Sumqayıt"), Qoba Zakpa, Kizito Luvaqa ("Səbail")
Qana - Ovusu Kvabena ("Qarabağ"), Qodsvey Donyo ("Neftçi")