Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Boks üzrə ölkə çempionatının ilk günündə 17 döyüş keçirilib

© Photo : REPORTBoks üzrə çempionat, arxiv şəkli
Boks üzrə çempionat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2022
Abunə olmaq
Boks Mərkəzində keçirilən ölkə çempionatına oktyabrın 25-də yekun vurulacaq.
BAKI, 18 oktyabr - Sputnik. Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start verilib. Azərbaycan Boks Federasiyasından verilən xəbərə görə, 38 komandanın 146 idmançısının qatıldığı yarışın ilk günündə 17 döyüş keçirilib.
Yarışın birinci günündə 54, 71, 75 və 80 kiloqram çəki dərəcələrində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib.
Yığmamızın üzvlərindən Ruslan Qədirov, Sərxan Əliyev və Murad Allahverdiyev ilk döyüşündə qələbə qazanıblar. Həmçinin Niyaməddin Allahverdiyev və Kamran Şahsuvarlı da rəqiblərini məğlub ediblər.
Qeyd edək ki, ölkə çempionatına oktyabrın 25-də yekun vurulacaq. Boks Mərkəzində keçirilən yarışın ikinci gününün döyüşləri saat 14:00-da başlayacaq.
Xəbər lenti
0