https://sputnik.az/20221018/arif-rehimov-baki-seher-halqasinin-icraci-direktoru-vezifesinden-azad-edilib-447578050.html
Arif Rəhimov Bakı Şəhər Halqasının icraçı direktoru vəzifəsindən azad edilib
Arif Rəhimov Bakı Şəhər Halqasının icraçı direktoru vəzifəsindən azad edilib
Sputnik Azərbaycan
Arif Rəhimov fəaliyyətini özəl sektorda davam edəcək 18.10.2022, Sputnik Azərbaycan
2022-10-18T12:13+0400
2022-10-18T12:13+0400
2022-10-18T12:14+0400
arif rəhimov
idman
bakı şəhər halqası
bakı şəhər halqası əməliyyat şirkəti
https://cdnn1.img.sputnik.az/img/41924/98/419249897_0:0:2000:1125_1920x0_80_0_0_a39702dc762aacfb401d419a7ff2ecbc.jpg
BAKI, 18 oktyabr — Sputnik. Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb.Dəyişikliyə əsasən, Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub. Son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətini özəl sektorda davam edəcək.Qeyd edək ki, M.Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb."Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman sahəsinin inkişafında yetərincə təcrübə qazanıb. Əminliklə qeyd edə bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də hər zaman ona bu sahədə dəstəyimi göstərməyə hazıram", - deyə Arif Rəhimov söyləyib.Xatırladaq ki, yeni yarış təqvimində Formula 1 Azərbaycan Qran Prisi FIA Formula 1 Dünya Çempionatının beşinci yarışıdır və 28-30 aprel 2023-cü il tarixlərində keçiriləcək. 2016-cı ildəki debütündən etibarən, Formula 1 Azərbaycan Qran Prisi altı il ərzində hər il fərqli qalib olmaqla, bu avtoidmanın ən həyəcanlı və gözlənilməz yarışına çevrilməyi bacarıb.Bu ilin iyununda Bakıda uğurla keçirilmiş yarışı 78000 azarkeş izləyib, yarışda hazırkı dünya çempionu Maks Ferstappen qələbə qazanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41924/98/419249897_151:0:1924:1330_1920x0_80_0_0_9848f0b89fbbee38b309022e04ad8c93.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
arif rəhimov, bakı şəhər halqası, bakı şəhər halqası əməliyyat şirkəti
arif rəhimov, bakı şəhər halqası, bakı şəhər halqası əməliyyat şirkəti
Arif Rəhimov Bakı Şəhər Halqasının icraçı direktoru vəzifəsindən azad edilib
12:13 18.10.2022 (Yenilənib: 12:14 18.10.2022) Arif Rəhimov fəaliyyətini özəl sektorda davam edəcək
BAKI, 18 oktyabr — Sputnik. Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb.
Dəyişikliyə əsasən, Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub. Son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətini özəl sektorda davam edəcək.
Qeyd edək ki, M.Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb.
"Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman sahəsinin inkişafında yetərincə təcrübə qazanıb. Əminliklə qeyd edə bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də hər zaman ona bu sahədə dəstəyimi göstərməyə hazıram", - deyə Arif Rəhimov söyləyib.
Xatırladaq ki, yeni yarış təqvimində Formula 1 Azərbaycan Qran Prisi FIA Formula 1 Dünya Çempionatının beşinci yarışıdır və 28-30 aprel 2023-cü il tarixlərində keçiriləcək. 2016-cı ildəki debütündən etibarən, Formula 1 Azərbaycan Qran Prisi altı il ərzində hər il fərqli qalib olmaqla, bu avtoidmanın ən həyəcanlı və gözlənilməz yarışına çevrilməyi bacarıb.
Bu ilin iyununda Bakıda uğurla keçirilmiş yarışı 78000 azarkeş izləyib, yarışda hazırkı dünya çempionu Maks Ferstappen qələbə qazanıb.