Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Sabah boks üzrə Azərbaycan çempionatı başlayır

© pixabay / McabilityПерчатки
Перчатки - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Abunə olmaq
Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər
BAKI, 17 oktyabr — Sputnik. Oktyabrın 18-də kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək. Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Azərbaycan Boks Federasiyasının məlumatına görə, çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 38 komandanın 146 boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 13:30-da, döyüşlər saat 14:00-da başlayacaq. Açılış mərasimindən əvvəl çempion və veteran boksçuların Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşü olacaq.
Çempionatda qaliblərin adına oktyabrın 25-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, yarışın baş hakimi Emil Qurbanəliyev olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət təmsilçiləri də idarə edəcəklər. Türkiyə və Özbəkistandan olan 4 hakim Beynəlxalq Boks Assosiasiyasının (IBA) 3 ulduz kateqoriyasına, həmçinin dünya çempionatı və Yay Olimpiya Oyunları təcrübəsinə malikdir.
Xəbər lenti
0