SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Borrell: Aİ qısa vaxtda monitorinq missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərəcək

© AP Photo / Geert Vanden WijngaertAvropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, arxiv şəkli
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Abunə olmaq
Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədi üzrə mülki missiyası artıq Ermənistandadır.
BAKI, 17 oktyabr - Sputnik. Avropa İttifaqı (Aİ) çox qısa zamanda monitorinq missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərəcək.
APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat brifinqində deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədi üzrə mülki missiyası artıq Ermənistandadır.
O bildirib ki, bu gün keçirilən iclasda Aİ-nin XİN başçıları Ermənistan-Azərbaycan sərhədinə missiyanın göndərilməsinə “yaşıl işıq yandırdılar”.
“Növbəti həftələrdə monitorinq missiyası göndəriləcək. Çox tez bir zamanda. Mən fəxr edirəm ki, biz qısa zamanda bu məsələ ilə bağlı necə işlədik. Bizim Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində işlərdə iştirakımız bir daha sübut edir ki, biz Cənubi Qafqazda sülhü və sabitliyi dəstəkləyirik”, - Borrell bəyan edib.
Aİ bayraqları - Sputnik Azərbaycan, 1920, 17.10.2022
DÜNYA XƏBƏRLƏRİ
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə missiyanın göndərilməsini təsdiqləyib
Xəbər lenti
0