DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə missiyanın göndərilməsini təsdiqləyib

© AP Photo / Olivier MatthysAİ bayraqları
Aİ bayraqları - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Abunə olmaq
Monitorinq missiyası müvəqqəti xarakter daşıyacağı və iki aydan çox davam etməyəcəyi bildirilir.
BAKI, 17 oktyabr — Sputnik. Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası oktyabrın 17-də keçirilmiş iclasında Cənubi Qafqaz regionunda vəziyyətin monitorinqi, təhlili və hesabatının təqdim edilməsi məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca Avropa İttifaqının 40-a yaxın monitorinq eksperti yerləşdiriləcəyi barədə qərar qəbul edib. Bu barədə qurum rəsmi saytında məlumat yayıb.
Bildirilib ki, monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox davam etməyəcək. Bu qərar Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmiş dördtərəfli görüşdən sonra verilib. Məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasının, etimadın yaradılmasının təmin edilməsi, həmçinin iki ölkə arasında beynəlxalq sərhədlərin delimitasiyası proseslərinin asanlaşdırılmasıdır.
Xatırladaq ki, oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirib ki, bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək.
Onu da bildirək ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
Xəbər lenti
0