NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

“Şimal axını”na hücumların arxasında Qərb dayanır

© Photo : Danish DefenceМесто утечки на газопроводе Северный поток — 2
Место утечки на газопроводе Северный поток — 2 - Sputnik Azərbaycan, 1920, 16.10.2022
Abunə olmaq
"Suveren və Xalq İtaliyası" siyasi assosiasiyasının lideri Marko Rizzo "Şimal axını" sisteminin qaz kəmərlərinə hücumun Qərb tərəfindən Aİ-nin maraqlarına zidd həyata keçirildiyini bildirib.
BAKI, 16 oktyabr - Sputnik. "Suveren və Xalq İtaliyası" siyasi assosiasiyasının lideri Marko Rizzo "Şimal axını" sisteminin qaz kəmərlərinə hücumun Qərb tərəfindən Aİ-nin maraqlarına zidd həyata keçirildiyi barədə fikir bildirib. Bu barədə “RİA Novosti” xəbər verir.
Siyasətçi bunu şənbə günü Romanın mərkəzində keçirilən mitinqdə çıxışı zamanı deyib.
"Həqiqət üzə çıxmağa başlayır və jurnalistlər artıq bu barədə yazırlar. Bunu kimin etdiyi aydın olur", - Rizzo bildirib.
Eyni zamanda o qeyd edib ki, NATO-ya üzv olmaq istəyən İsveç Rusiya qaz kəmərlərində fövqəladə vəziyyətlə bağlı araşdırmanı məxfiləşdirib.
“Çünki “Şimal axını”na bu hücumu kimin həyata keçirməsi ilə bağlı mühakimə və nəticələr çıxarılsaydı, onun Qərb tərəfindən Avropanın özünə qarşı törədildiyi məlum olardı”, - deyə siyasətçi vurğulayıb.
Bundan əvvəl Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Rusiya tərəfinin “Şimal axını”nda təxribatla bağlı kəşfiyyat məlumatlarına malik olduğunu bildirib. Lakin o, təfərrüatları açıqlamayıb.
Tikinti sahəsindəki Şimal axını 2 borusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.10.2022
RUSİYA
Peskov "Şimal axını"nda baş verənlərdən danışdı: hazırda cavabı olmayan çoxlu suallar var
Xəbər lenti
0