https://sputnik.az/20221013/peskov-simal-axininda-bas-verenlerden-danisdi-hazirda-cavabi-olmayan-coxlu-suallar-var-447396374.html
Peskov "Şimal axını"nda baş verənlərdən danışdı: hazırda cavabı olmayan çoxlu suallar var
Peskov "Şimal axını"nda baş verənlərdən danışdı: hazırda cavabı olmayan çoxlu suallar var
Sputnik Azərbaycan
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, "Şimal axını"nın bir "canlı" xətti istisna olmaqla, "Şimal axını" strukturunun istismardan... 13.10.2022, Sputnik Azərbaycan
2022-10-13T12:19+0400
2022-10-13T12:19+0400
2022-10-13T12:21+0400
rusiya
"şimal axını-2"
peskov
qaz
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440787761_0:228:3078:1959_1920x0_80_0_0_d48d76fa0d5079ca001fdee09bf1537e.jpg
BAKI, 13 oktyabr — Sputnik. Avropalılar hələlik "Şimal axını" strukturlarının istismarından dəyən zərəri qiymətləndirməlidirlər, eləcə də dünya infrastrukturunun Rusiya qazının azalan həcmlərini hansı qiymətlərlə kompensasiya edə biləcəyi sualına cavab tapmalıdırlar.O, eyni zamanda deyib ki, ikinci "Şimal axını"nın bir "canlı" xətti istisna olmaqla, "Şimal axını" strukturunun istismardan çıxarılması təbii ki, enerji təhlükəsizliyinin ümumi potensialına ziyan vurub və avropalılar bunu hələ başa düşməyiblər.Oktyabrın 6-da İsveç Dövlət Təhlükəsizliyi Xidməti (SEPO) İsveç kəşfiyyat xidmətlərinin "Şimal axını" və "Şimal axını-2" qaz kəmərləri ilə insidentlər sahəsində yoxlamanı başa çatdırdığını və obyektlərdə təxribat versiyasını təsdiqləyən məlumatlar olduğunu bildirib."Bu istintaq genişmiqyaslı təxribatın baş verdiyinə dair şübhələri gücləndirib", - press-relizdə deyilir.Ekspertlər müəyyən ediblər ki, İsveçin xüsusi iqtisadi zonasında hər iki qaz kəmərində partlayışlar baş verib və nəticədə onlara ciddi ziyan dəyib.Terror aktları sentyabrın 26-da birdən-birə Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərində - "Şimal axını" və "Şimal axını-2"də baş verib.Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etmək mümkün olmadığını bildirib."Qazprom" oktyabrın 3-də bildirib ki, zədələnmiş "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərində təzyiq sabitləşib, qaz sızması dayanıb və onun bütövlüyünü yoxlamaq üçün digər "Şimal axını-2" qaz kəmərindən qaz çəkilir.Öz növbəsində, İsveç Sahil Mühafizəsi həmin gün "Şimal axını-2"dən "daha kiçik" sızmanın davam etdiyini və hətta bir qədər də artdığını bildirib.Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı işin araşdırılmasına başlayıb.Danimarkanın xarici işlər naziri Jeppe Kofod hökumətin Rusiyanın təxribatın təhqiqatında iştirakından və məsuliyyət daşıyanların müəyyən edilməsindən imtina etməkdə qərarlı olduğunu açıqlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440787761_276:0:3007:2048_1920x0_80_0_0_6652eee68d817384cd075e00c7ed8976.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
"şimal axını-2", peskov, qaz, qiymət
"şimal axını-2", peskov, qaz, qiymət
Peskov "Şimal axını"nda baş verənlərdən danışdı: hazırda cavabı olmayan çoxlu suallar var
12:19 13.10.2022 (Yenilənib: 12:21 13.10.2022) Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, "Şimal axını"nın bir "canlı" xətti istisna olmaqla, "Şimal axını" strukturunun istismardan çıxarılması təbii ki, enerji təhlükəsizliyinin ümumi potensialına ziyan vurub.
BAKI, 13 oktyabr — Sputnik. Avropalılar hələlik "Şimal axını" strukturlarının istismarından dəyən zərəri qiymətləndirməlidirlər, eləcə də dünya infrastrukturunun Rusiya qazının azalan həcmlərini hansı qiymətlərlə kompensasiya edə biləcəyi sualına cavab tapmalıdırlar.
"Məsələ ondadır ki, qlobal infrastruktur Rusiya qazının həcmindəki azalmanı kompensasiya edə biləcəkmi, əgər belədirsə, hansı qiymətlərlə? Bu yeni qiymətlər, əsasən ABŞ-ın mayeləşdirilmiş qazının qiymətləridir. Avropa iqtisadiyyatı rəqabətqabiliyyətli qalmalıdır. Ona görə də hazırda cavabı olmayan çoxlu suallar var", - Peskov qeyd edib.
O, eyni zamanda deyib ki, ikinci "Şimal axını"nın bir "canlı" xətti istisna olmaqla, "Şimal axını" strukturunun istismardan çıxarılması təbii ki, enerji təhlükəsizliyinin ümumi potensialına ziyan vurub və avropalılar bunu hələ başa düşməyiblər.
Oktyabrın 6-da İsveç Dövlət Təhlükəsizliyi Xidməti (SEPO) İsveç kəşfiyyat xidmətlərinin "Şimal axını" və "Şimal axını-2" qaz kəmərləri ilə insidentlər sahəsində yoxlamanı başa çatdırdığını və obyektlərdə təxribat versiyasını təsdiqləyən məlumatlar olduğunu bildirib.
"Bu istintaq genişmiqyaslı təxribatın baş verdiyinə dair şübhələri gücləndirib", - press-relizdə deyilir.
Ekspertlər müəyyən ediblər ki, İsveçin xüsusi iqtisadi zonasında hər iki qaz kəmərində partlayışlar baş verib və nəticədə onlara ciddi ziyan dəyib.
Terror aktları sentyabrın 26-da birdən-birə Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərində - "Şimal axını" və "Şimal axını-2"də baş verib.
Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etmək mümkün olmadığını bildirib.
"Qazprom" oktyabrın 3-də bildirib ki, zədələnmiş "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərində təzyiq sabitləşib, qaz sızması dayanıb və onun bütövlüyünü yoxlamaq üçün digər "Şimal axını-2" qaz kəmərindən qaz çəkilir.
Öz növbəsində, İsveç Sahil Mühafizəsi həmin gün "Şimal axını-2"dən "daha kiçik" sızmanın davam etdiyini və hətta bir qədər də artdığını bildirib.
Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı işin araşdırılmasına başlayıb.
Danimarkanın xarici işlər naziri Jeppe Kofod hökumətin Rusiyanın təxribatın təhqiqatında iştirakından və məsuliyyət daşıyanların müəyyən edilməsindən imtina etməkdə qərarlı olduğunu açıqlayıb.