NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Qazprom": qaz qiymətlərinə tavanın tətbiqi tədarükün dayandırılmasına səbəb ola bilər

© AFP 2024 / KIRILL KUDRYAVTSEVЛоготип компании Газпром, фото из архива
Логотип компании Газпром, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.10.2022
Abunə olmaq
"Qazprom"un rəhbəri Aleksey Miller jurnalist Pavel Zarubinin “Moskva. Kreml. Putin." proqramına müsahibə verib.
BAKI, 16 oktyabr - Sputnik. Qazın qiymətinin yuxarı həddinin tətbiqi müqavilələrin şərtlərinin pozulmasıdır. Nəticədə, belə bir qərar mavi yanacağın tədarükünün dayandırılmasına səbəb ola bilər.
Bunu "Qazprom"un rəhbəri Aleksey Miller jurnalist Pavel Zarubinin “Moskva. Kreml. Putin." proqramına müsahibəsində bildirib.
Müsahibədən bir parça aparıcının “Telegram” kanalında yer alıb.
Miller deyib ki, “Qazprom” imzalanmış müqavilələri rəhbər tutur. Onun sözlərinə görə, birtərəfli qərar sənədin şərtlərinin pozulmasıdır.
Oktyabrda Aİ Rusiyaya qarşı Rusiya neftinin dəniz yolu ilə daşınması zamanı qiymət tavanının müəyyən edilməsini nəzərdə tutan səkkizinci sanksiyalar paketini rəsmən dərc edib. Qadağaya, həmçinin, polad məhsulları, maşınlar, plastik, kimyəvi maddələr və siqaretlərin tədarükü də daxil idi.
ABŞ-ın maliyyə naziri Canet Yellen hesab edir ki, Qərb ölkələri Rusiya neftinin barelinin tavan qiymətini 60 dollar səviyyəsində müəyyən etməlidir. Onun fikrincə, bu, Rusiyanın enerji resurslarının satışından əldə etdiyi gəliri azaltmağa və eyni zamanda onların istehsalının rentabelliyini saxlamağa kömək edəcək.
Qazprom loqosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.10.2022
RUSİYA
"Qazprom"un İran ərazisindən qaz tranzitinin perspektivləri var
Xəbər lenti
0