https://sputnik.az/20221013/qazpromun-ran-erazisinden-qaz-tranzitinin-perspektivleri-var-447418013.html
"Qazprom"un İran ərazisindən qaz tranzitinin perspektivləri var
"Qazprom"un İran ərazisindən qaz tranzitinin perspektivləri var
Sputnik Azərbaycan
İran Avrasiya İqtisadi İttifaqında (Aİİ) əməkdaşlığın gücləndirilməsi üçün həm dövlət, həm də özəl şirkətlərin iştirakı ilə investisiya fondu və enerji... 13.10.2022, Sputnik Azərbaycan
2022-10-13T15:18+0400
2022-10-13T15:18+0400
2022-10-13T17:05+0400
rusiya
qaz
rusiya
iran
https://cdnn1.img.sputnik.az/img/07e6/09/05/445703796_0:161:3071:1888_1920x0_80_0_0_c7e85caa2f07a473e095da61b27e1f0e.jpg
BAKI, 13 oktyabr — Sputnik. "Qazprom" öz qazını İran ərazisi vasitəsilə qonşu ölkələrə, o cümlədən Pakistana nəql etmək üçün perspektivli imkana malikdir. Bunu İranın neft nazirinin müavini Əhməd Əsədzadə "Rusiya Enerji Həftəsi"ndə çıxışı zamanı deyib."İranın qonşuları böyük qaz istehlakçı bazarıdır. "Qazprom" üçün bu, İran vasitəsilə öz qazını sözügedən ölkənin qonşularının bazarına çıxarmaq üçün əla fürsətdir. Bu ölkələrə nümunə olaraq Pakistanı göstərə bilərik", - deyə Ə.Əsədzadə bildirib.O, həmçinin qeyd edib ki, Fars körfəzi ölkələrinə qaz tranziti üçün İran ərazisindən istifadə oluna bilər:Aİİ enerji konsorsiumunun yaradılmasıİranın neft nazirinin müavininin sözlərinə görə, İran Aİİ-də əməkdaşlığı gücləndirmək üçün enerji konsorsiumu və investisiya fondu yaratmağı təklif edir."Avrasiyada enerji sahəsində əməkdaşlığı gücləndirmək üçün birgə investisiya fondu yaradılmalıdır. Biz həm dövlət, həm də özəl şirkətlərin iştirakı ilə birgə enerji konsorsiumu da yarada bilərik", - deyə Əsədzadə qeyd edib.Rusiya qazının İrandan tranzitiİranın neft nazirinin müavini Tehranın Moskvaya qarşı sanksiyaları cinayət hesab etdiyini də bildirib."Rusiyaya qarşı sanksiyalar bəşəriyyətə qarşı cinayətdir, lakin onlar daha böyük birlik üçün imkan yaradır", - deyə o, "Rusiya Enerji Həftəsi"ndə çıxış edərkən deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/05/445703796_170:0:2901:2048_1920x0_80_0_0_0975d248fd0848161f38eaf21e811b59.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qaz, rusiya, iran
"Qazprom"un İran ərazisindən qaz tranzitinin perspektivləri var
15:18 13.10.2022 (Yenilənib: 17:05 13.10.2022) İran Avrasiya İqtisadi İttifaqında (Aİİ) əməkdaşlığın gücləndirilməsi üçün həm dövlət, həm də özəl şirkətlərin iştirakı ilə investisiya fondu və enerji konsorsiumu yaratmağı təklif edir.
BAKI, 13 oktyabr — Sputnik. "Qazprom" öz qazını İran ərazisi vasitəsilə qonşu ölkələrə, o cümlədən Pakistana nəql etmək üçün perspektivli imkana malikdir. Bunu İranın neft nazirinin müavini Əhməd Əsədzadə "Rusiya Enerji Həftəsi"ndə çıxışı zamanı deyib.
"İranın qonşuları böyük qaz istehlakçı bazarıdır. "Qazprom" üçün bu, İran vasitəsilə öz qazını sözügedən ölkənin qonşularının bazarına çıxarmaq üçün əla fürsətdir. Bu ölkələrə nümunə olaraq Pakistanı göstərə bilərik", - deyə Ə.Əsədzadə bildirib.
O, həmçinin qeyd edib ki, Fars körfəzi ölkələrinə qaz tranziti üçün İran ərazisindən istifadə oluna bilər:
"Rusiya Avropaya milyardlarla kubmetr qaz ixrac edir. Ukraynadakı hadisələrlə əlaqədar qaz ixracının həcmi bir neçə dəfə azalıb. Bu kontekstdə İran unikal imkan yaradır - İran ərazisi vasitəsilə Rusiya nefti və qazını Fars körfəzinin cənubundakı alıcılara nəql etmək mümkündür".
Aİİ enerji konsorsiumunun yaradılması
İranın neft nazirinin müavininin sözlərinə görə, İran Aİİ-də əməkdaşlığı gücləndirmək üçün enerji konsorsiumu və investisiya fondu yaratmağı təklif edir.
"Avrasiyada enerji sahəsində əməkdaşlığı gücləndirmək üçün birgə investisiya fondu yaradılmalıdır. Biz həm dövlət, həm də özəl şirkətlərin iştirakı ilə birgə enerji konsorsiumu da yarada bilərik", - deyə Əsədzadə qeyd edib.
Rusiya qazının İrandan tranziti
İranın neft nazirinin müavini Tehranın Moskvaya qarşı sanksiyaları cinayət hesab etdiyini də bildirib.
"Rusiyaya qarşı sanksiyalar bəşəriyyətə qarşı cinayətdir, lakin onlar daha böyük birlik üçün imkan yaradır", - deyə o, "Rusiya Enerji Həftəsi"ndə çıxış edərkən deyib.