Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna qatılacaq heyət açıqlanıb
© Sputnik / Alexei Filippov
/ Abunə olmaq
Dünya yığması B qrupunda Azərbaycan və Serbiya milliləriylə mübarizə aparacaq.
BAKI, 13 oktyabr - Sputnik. Noyabrın 5-də Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna qatılacaq dünya yığmasının heyəti açıqlanıb.
Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata görə, ilk dəfə bu yarışda tətbiq olunan formatda yer alan dünya yığmasının tərkibində Nuqzari Tsurtsumia (55 kq, Gürcüstan), Aydos Sultangali (60 kq, Qazaxıstan), Leri Abuladze (63 kq, Gürcüstan), Coni Xetsuriani (67 kq, Gürcüstan), Andrey Kulik (72 kq, Ukrayna), Zoltan Levay (77 kq, Macarıstan), Jalqasbay Berdimuratov (82 kq, Özbəkistan), Turpal Bisultanov (87 kq, Danimarka), Kiril Milenov Milov (97 kq, Bolqarıstan) və Mantas Knistautas (Litva, 130 kq) yer alıb.
Bu idmançılardan Tsurtsumia daha öncə (2019) dünya çempionu, Abuladze, Levay, Berdimuratov, Bisultanov və Milov son mundialın gümüş, Sultangali, Kulik, Knistautas bürünc medalçısı olub. Xetsuriani isə 5-ci yeri tutub.
Dünya yığması B qrupunda Azərbaycan və Serbiya milliləriylə mübarizə aparacaq.
Qeyd edək ki, Dünya Kubokuna noyabrın 6-da yekun vurulacaq.